
promete - da vinçinin yazısı lyrics
[bənd 1]
itirsən dumanlıqda
sanki davinçinin əsəri
yoxluğun alır gücümü, amma
artır sözlərimin kəsəri
addım+addım uzaqlaşırsan
deyəsən, çatırıq biz sona
həyatıma yaraşırsan, amma
indi boşluqdur bu zona
[keçid]
bax son dəfə
mənə bir dəfə də bax, boğulum gözlərində
tək bir nəfər
dinləyib tapacaq özünü sözlərimdə
bax son dəfə
üzünü görüm, dağılsın qorxularım
tək bir nəfər
gecələr qonağıdır qaranlıq yuxuların
[nəqərat]
çıxara bilsəydim
üzünü yaddaşdan
o ilıq təbəssümün
soyuq ən soyuq daşdan
solur günü+gündən rənglər
olur gizlilər aşkar
seçimi mənə buraxdın
mən başlaram başdan
[bənd 2]
kəsir nəfəsimi təklik
qıymırsan bir görüş
bu ayrılıq deyil sadə ayrılıq
sıfır nöqtəsinə geri dönüş
həyatım çıxıb orbitdən
dönmür geri qara qutular
dedin, məni daha silmisən
amma ki, çətin, unudular
[keçid]
o yaşananlar
məni izləyir qarabaqara
heyif o anlar
ehtiyacım var təkrara
o yaşananlar
zamanla daha da, daha da uzaq
heyif o anlar
nə olar, gəl, geri qayıdaq
[nəqərat]
çıxara bilsəydim
üzünü yaddaşdan
o ilıq təbəssümün
soyuq ən soyuq daşdan
solur günü+gündən rənglər
olur gizlilər aşkar
seçimi mənə buraxdın
mən başlaram başdan
çıxara bilsəydim
üzünü yaddaşdan
o ilıq təbəssümün
soyuq ən soyuq daşdan
solur günü+gündən rənglər
olur gizlilər aşkar
seçimi mənə buraxdın
mən başlaram başdan
Random Lyrics
- dateline - please knock me out lyrics
- baadee - напомни (remind me) lyrics
- ripping remains - carbonized effluvium lyrics
- julien lieb - questions lyrics
- the real zebos - fixated lyrics
- friendship commanders - new lyrics
- blaze audio - leave out all the rest/we as americans lyrics
- typerevenge - sprite lyrics
- srs - faltarían horas lyrics
- augusto blanca - trovada nº 1 [versión "este árbol que sembramos"] lyrics