azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - gec deyil lyrics

Loading...

[giriş] [fuad dadaşov, promete]
payımıza bilmirik düşüb neçə şans
neçəsini yaşadıq, neçəsi qalıb?
necə yaşayaq pozulmasın balans?
gündüzün yaşadıq, gecəsi qalıb

həyat alır əlimizdən
gücümüzü günü+gündən
yaratmaq üçün rezonans…
gedib illəri saniyəsi qalıb
[bənd 1] [promete]
başlamaq üçün deyil heç vaxt gec
ətrafa gör, bax, seç
amma ki, etmə vaxtı heç

qalıb gec, güc vaxtında
sərf olunsa, o qədər düzdür
vaxtı düzgün bölən adam üçün
50+50 deyil, 100+dür!

[nəqərat] [fuad dadaşov]
aç qanadlarını
uç havalara sən
al şüalarını
bir də sevgi günəşdən

nə qədər gücün var, o qədər
sənindir bu külli bəşər
gəz, sev, yaşa, yarat, ol!
özündən sonra qoy əsər!

[bənd 2] [promete]
kiməsə ata malı mirasdır pullarla
mənimsə atam həmişə deyir ki, suallarla
yaşa və onda düzgün göstərəcək səni güzgün
pisi nümunə götürmə, yaxşılıq olsun ölçün
soruş özündən + niyə belə “yox”, niyə belə “hə”?
önə apara bilər ancaq “niyə”lər
soruş ki, niyə filankəs, yox niyə mən?
demə ki, filankəs niyə “hə”, mən “yox”, nədən?

bu bədən bir işə yaramır, əgər boşsa baş
və illər də boşa gedir, yaramır işə yaş
sanki qarasız aş, ya da üzüksüz qaş
bunu başa düşə biləndə etmə heç təlaş

çünki bu həyat deyil marafon
nə qədər qaçırsan qaç, bir gün çatır son
amma ki, düz bol sən, düz bol vaxtı
söz ver, ancaq onda ki, buna imkan verir vaxtın

bir də ki, yaşamaq üçün yaxşı, bəs deyil ancaq naxşın
gərəkdir alta maşın, üstdə başın, cibdə yaşıl
yanında dost da varsa, daim həyat alınıb
qəddini dik tut, önə bax, açıq alnın!

[nəqərat] [fuad dadaşov]
aç qanadlarını
uç havalara sən
al şüalarını
bir də sevgi, sevgi, sevgi…
aç qanadlarını
uç havalara sən
al şüalarını
bir də sevgi günəşdən

nə qədər gücün var, o qədər
sənindir bu külli bəşər
gəz, sev, yaşa, yarat, ol!
özündən sonra qoy əsər!

aç qanadlarını
uç havalara sən
al şüalarını
bir də sevgi günəşdən

nə qədər gücün var, o qədər
sənindir bu külli bəşər
gəz, sev, yaşa, yarat, ol!
özündən sonra qoy əsər!

aç qanadlarını
uç havalara sən
al şüalarını
bir də sevgi, sevgi, sevgi…
sevgi, sevgi, sevgi…
sevgi, sеvgi, sevgi…



Random Lyrics

HOT LYRICS

Loading...