promete - #icmal1 lyrics
demək istədiyin həqiqətləri uzun müddət içində saxladıqca üzə çıxarmaq daha da çətinləşir.
yalan isə od kimidir, nə yaxşı nə də pis. ya qızdırır, ya da yandırır.
bilirəm nədən yazım, amma niyə axı?!
yazdığım hər sətirə qara kostyumlular baxır.
adamı tutub basarlar sətirinə görə içəri,
onda da ən yaxşı halda soyular nəsimi kimi dərin.
doğmur günəş bu yerlərdə, onun da çatıb dolyası,
kiminsə qohumusansa, yasımdan üstündür toyun!
ya da boğum sevincimi toyumdan üstündür yasın,
tutun basın bu köpəkoğlunu, tutun içəriyə basın!
bir vaxtki silahdaşlarım indi kiminsə dalında,
girib oturub özünə rahat mənzil almaq ümidi ilə.
sonra da ağıl öyrədir efirdə gəncliyimə,
onun-bunun pxuna bulaşmış o uzun dili ilə!
açığı jamalı da anlaya bilmirəm, nədir istəyi?!
yazmışdım söyüş söyəndə: “bu hərəkətini sevmədim”
sonra da bayrağa döş yapışdırdı qovuldu “meydan”-dan,
yenə də bir tutarlı məntiqə uyğunluq görmədim!
bu qədər qalmaqalın, dava-dalaşın ortasında,
nadirin “maral”ları hələ də efiri partladır!
snoop yola verir aygünü, röya fransada taksidə,
zorxana fikrət oğlu “fort boyard”-da açar paylayır!
zückerberg bizim üçün daha çox edir, nəinki yerli tv-lər,
yerli saytlar göstərir ki, soyunur yerli cv-lər.
dünyanın hər yerində eyni cür qlobal siyasət,
kapitalizm quruluşunu atmaq lazımdır zibilə!
vətən mənə oğul desə nə dərdim,
mənim vəziyyətim mamırdan da beş-bətərdi!
vətəni sevməyən insan olmaz,
yox vətəni sevən adamda imkan olmaz!
Random Lyrics
- daily fight lyrics lyrics
- banda la divina - vamos a pecar lyrics
- aeo - yellow tape lyrics
- robin müller - un viejo amigo lyrics
- wizkid - dutty whyne (feat. banky w) lyrics
- the well - black eyed gods lyrics
- the menzingers - charlie's army lyrics
- john mayer - changing lyrics
- iron reagan - fuck the neighbors lyrics
- jkt48 - luar biasa (saikou kayo) lyrics