azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

promete - o dönəcək (demo home recording) lyrics

Loading...

[nəqərat]
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək
o dönəcək!

[bənd]
səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı
hər gün səni fikirləşməzdim
daha rahat olardı içim, ağlayardım hər gün bir az
gözüm arxanca qalmazdı
şək!llərinə baxardım, qədər ilə razılaşmazdım
bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara
bu tərəflərdə səndən ayrı qalmazdım
amma nə yazıq ki, yazı başqa

sağsan və məndən ayrı, ona görə başqa fikirlər fırlanır başda
səni öldürmək hissi keçir içimdən
buna görə günəşim, (günəşim) məni bağışla

sənə ünvanladığım söyüş və qarğışlardır
yəqin işlərinin tərs getməsinin tək səbəbi
qarşısını ala bilmirəm artıq artan əsəbin
mən nə bilim ki, nə deyim ki, xoşuna gəlim?

deyim ki, “səni sevmirəm artıq”?!
özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən
yoxsa deyim “səni dəli kimi sevirəm”?
yox, səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən

ya da mobil telefon, hələ də adının sonunda “m” hərfi durur
sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur
(yoxdur qürur)

tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə
“zaman unutdurur” kimi boş sözlərə
ya da “sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır” kimi xoş sözlərə
şablonlardan uzaqlaşmışdım, sənin “o” olduğunu dərk edəndə
ya da ki, hamıdan fərqli “sən get, mən otururam” deyib məni tərk edəndə
sənin deyərək+gülərək keçirdiyin günlərdə
mən hələ də “necəsən?” soruşanlara cavabda deyirəm
“belə də”

[skit]
əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə
yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa
bir sevən adam kimi sən həyatı təzahürünlə özünü sevdirə bilmirsənsə
onda sənin sevgin gücsüzdür. və bu bədbəxtlikdir

[nəqərat]
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək
tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə, gözləyərək

o dönəcək!
o dönəcək!
o dönəcək!
o dönəcək!
o dönəcək!

tərk etdiyin o yerdə tək
hər gün eyni ümidlə gözləyərək
o dönəcək!



Random Lyrics

HOT LYRICS

Loading...