promete - pəncərə lyrics
[bənd 1] [aid]
xatirələr oyatdı pəncərə nəyə görə?!
hər şey başladı pəncərədən əvvəlcədən
adi kəlmədən, daha nədən?
getməkdən, gəlməkdən, məhəllə+məktəbdən
bir yerdə (hə) gizlincə gəzməkdən
ilk sevgi+məhəbbət beləcə yarandı
bu tale+qismət gecədən qaradır
o bilmədi nədən başladı soyuqluq
gün gəldi, görüşlər kəsildi biryolluq
qalsa da sevgidiyi uşaqlıq illərində
yaşadı sevgisi ürəyində, dərində
bir gün də o qaldı yalnız
fikrində yalnız o qız…
o qız… o qız…
[nəqərat] [promete]
ay məni məndən alıb gedən
dərdlərimi dərdə salıb gedən
ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
həsrəti ürəyimdə qalıb gedən!
ləzzəti çörəyimdə, ağrısı kürəyimdə
həsrəti ürəyimdə qalıb gedən!
gecə çatdı səhərə
lay+lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən…
[bənd 2] [promete]
var bu məhəbbətin davamı
pəncərənin o yanı + qız olan yanı
yağışlar cizgiləridir dünyanın
o qız yenə pəncərədə göründü
kənardan adicə görüntü
əslində xəstəlik, üzüntü
həkimlər deyirdi şəfasız
oğlan düşünürdü vəfasız
pəncərədə görüşdü onun baxışları
pəncərədə öpüşdü onun baxışları
pəncərəyə düzdü naxışları
gözündən süzülən yağışları!
çalışdı yarından olsun uzaq
səbəbi o qıza bəllidir ancaq
bu sevgi naminə ayrılsaq
açma pəncərəni
açmaq, uçmaq…
[nəqərat] [promete]
bir daha gəldim o yerlərə
tanış küçə, tanış pəncərə
bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
bir anlıq qayıdaydıq o illərə…
bir ömür yaşayaydıq, bir günlük qovuşaydıq
bir anlıq qayıdaydıq o illərə…
gecə çatdı səhərə
lay+lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən…
[bənd 3] [aid]
son nöqtəyə yaxınlaşmaq
olmamaq qorxusunu aşmaq
əziyyətlə rahatlaşmaq
zülmdən zülmətə bir anlıq uçuş…
payızın xəzan nəfəsi
yolu qısaltmaq həvəsi
ömrün sonuncu qəfəsi
möhlətdən qismətə bir anlıq uçuş…
nə acizlik, nə igidlik?!
həm ölülük, həm dirilik…
bir bilirikmi? bilmirik
cəhalətdən cənnətə bir anlıq uçuş…
cəhalətdən cənnətə, bəlkədən…
əlbəttə, birinci son dəfə
xəlvətdən xəlvətə
eyvandan həyətə bir anlıq uçuş…
sürünməkdən qurtuluş
(sürünməkdən qurtuluş)
[nəqərat] [promete]
gecə çatdı səhərə
lay+lay dedim şəhərə
açılmadı bir kərə
pəncərən, pəncərən, pəncərən…
pəncərən, pəncərən, pəncərən…
Random Lyrics
- ultraviolence (uk) - killing god lyrics
- relena-rochelle - like a winner lyrics
- belphegor - the devils lyrics
- where we are (aka john delugi) - charge - intro lyrics
- acting lovers - flying away (extended version) (hot (2007)) lyrics
- goodman tha crip - friday night vibez lyrics
- onf - if we dream (remastered version) lyrics
- lauren jauregui - back to back* lyrics
- jaxson power - ignorance (bliss). lyrics
- princesse - tu rentres quand à paris ? lyrics