promete - tənha qarğa lyrics
[nəqərat]
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
[bənd 1]
baxır altındakı yumurtalara ana qarğa
bu ağ yumru səthlər altında həyat var
desələr də qarğalara uzun ömürlüdür
onlarçün də vaxt amansız, ömür qısa, həyat dar
nə qədər mərhələlər keçəcək yumurtalar
gecələr soyuyacaq qızaraq günortalar
ana unudacaq özün bala çıxarmaq üçün
balalar xatırlamasa da hətta bunu sonralar
çıxmır fikrindən bu fikir ananın bir anlıq
fikirlər qarışıq, beyin dumanlı
qalxır, qaldırır dimdiyin, qürurla dayanır
məhv etmək hissi keçir içindən yumurtalarını
deşir dimdiyiylə dörd yumurtasın ard+arda
birdən dayanır, yüksəkdən qarıldayır qarğa
neylədim mən?! məhv etdim beş həyatdan dördünü
alsa belə ömrümü, qalmalı son yumurta
[nəqərat]
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
[bənd 2]
səmada qanad çalır, süzərək yeri
cavan qarğa qayğısız, dönəcək geri
bilmədən nələr gözləyir onu yuvada
neçə il gərək olacaq açmaqçün bu sirri
yuvadan uçuşur yolunmuş lələklər
anasın kimsə amansızca öldürüb uçub
haqq ədalət hanı, hardasınız mələklər?
niyə o namərd məni gözləməyib qaçıb?
qarşısında məhv olmuş bir ömür və bir həyat
tapanacan qatilləri, yaşayacaq narahat
özünə söz verir + qisas almadan ölə də bilməz
səhər bu fikirlə oyan, gecə bu fikirlə yat!
uçur yuvadan uzağa başlayır axtarış
gəzir ətrafda bütün hər yeri qarış+qarış
düşür birinin izinə isti yaz gecəsi
tapmalı hamısın, bu sanki bir yarış
[nəqərat]
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
[bənd 3]
əl saxla, bir soruş, olsun ədəbin!
dedi qatil qarğa, boğub əsəbin
səkkizlikdən sonuncusu, bu mənəm, doğrudur!
yeddisin öldürdün soruşmadan səbəbin
öldürdüyüm qarğaların mənə çatmadı gücü
neçə ildir, uçuram tapıb məhv etmək üçün
sən onlardan fərqlisən – güclü, həm də ağıllı
odur ki, möhlət verirəm sənə şərh etmək üçün
bilirdim gələcəksən, biz eyni nəsildən
və bilirəm izləyirsən bizi hansı fəsildən
öz yumurtalarını yedi sənin mərhum anan
bu xəbər yaman sarsıtdı hamımızı qəfildən
nəsil qərarı, yekdil + ömrünə son qoyulsun
bütün görüb duyanlara da qoy bu dərs olsun
axı bu ən ağır imtahandır bir nəsilçün
kimsə öz can parçasına tərs olsun
sənə amansız görünən bizim hərəkət
bütün nəslin yekdil qərarı idi fəqət
səninçün ananın ölümü doğma can itkisi
ona görə hakim kəsilib həyatına bu nifrət
indi qərar ver, seçim sənin…
bəli, mən əmri icra edənlərdən biri
amma ki, unutma, məni belə öldürsən
bu ölüm sənin ananı qaytarmayacaq geri
[nəqərat]
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
bir gün görsən səmada tənha qarğa var
ona qorxuyla baxma, onu qorxuyla süzmə
dünyanı tutub durmur, hətta qoca qarğalar
özünü itirdiklərindən ötrü çox da üzmə
Random Lyrics
- indigenous tribe - flight 313 lyrics
- ryan trey - murder she wrote lyrics
- лил дуло (lil dulo) - протестный? (protest?) lyrics
- white gallows - одиночество (loneliness) lyrics
- irénikassé - last time lyrics
- fear of domination - final transmission lyrics
- rain recordings - i save paper clippings lyrics
- jxn (bnkr44) - ei non spaventarti lyrics
- unknown artist - í noreg búðu raskir menn lyrics
- vli weezy - mt3esh | متعش lyrics