promete - unutqanın mahnısı lyrics
[giriş]
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
[bənd 1]
ola bilər ki, deməyim nəyisə, pozma o anda səssizliyi
anlamağa çalış, sözlər aciz, getmə, rəva bilmə sənsizliyi
ola bilər ki, unudum nəyisə, günahı da məndə yox, özündə tap sən
ağlımı başımdan alan gözəlliyin var, güzgüyə bax, güzgüyə bax sən
[keçid]
ağlımı itirirəm gözlərdə
içimdə kollaps sözlərlə
söz deyə bilərəm yüzlərlə
dil səsləndirmir bir kəlmə
ətrində itdi dərdlərim
istədim, amma deyə bilmədim
nəğmətək səsini dinlədim
və bu mahnını yazmaq istədim
ağlımı itirirəm gözlərdə
içimdə kollaps sözlərlə
söz deyə bilərəm yüzlərlə
dil səsləndirmir bir kəlmə
ətrində itdi dərdlərim
istədim, amma deyə bilmədim
nəğmətək səsini dinlədim
və bu mahnını yazmaq istədim
[nəqərat]
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
[bənd 2]
ola bilər ki, bundan sonra, məni daha heç vaxt qınamazsan
uzanar yolumuz bir neçə il də, yaddaşla, diqqətlə məni sınamazsan
ya da bu mübahisələr keçər davaya və mənim buna ürəyim üzülər
bunları dəqiq bilməsəm də, bilirəm sənsiz mənə çətin dözələr
[keçid]
həzz ala bilirəm bizdən mən
istərdim hər kəsdən gizlənmək
dəliyə də bənzəsəm bəzən mən
adam oluram səninlə təzədən mən
ətrində itər dərdlərim
istədim, amma deyə bilmədim
nəğmətək səsini dinlədim
və bu mahnını yazmaq istədim
həzz ala bilirəm bizdən mən
istərdim hər kəsdən gizlənmək
dəliyə də bənzəsəm bəzən mən
adam oluram səninlə təzədən mən
ətrində itdi dərdlərim
istədim, amma deyə bilmədim
nəğmətək səsini dinlədim
və bu mahnını yazmaq istədim
[nəqərat]
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
[keçid]
gec qala bilirəm bəzən mən
bu qüsur deyil, dalğınlıqdır
çox dala bilirəm bəzən mən
bu şairanə yorğunluqdur
dost ola bilirəm hərflərlə
sadəcə yanımda ol, bəsdir
bu eşitdiyin sözlər deyil
hər biri ayrıca bir hissdir
[nəqərat]
varlığın yazdırır
olmasan, heçəm mən
sənsiz bu gündüzlər
fərqlənməz gecədən
Random Lyrics
- bilk - t'étais où lyrics
- maru nara - poke lyrics
- jon breaux - new internet lyrics
- monsters (grc) - omertà lyrics
- willy paul - something lyrics
- the lemon twigs - born to be lonely lyrics
- sonic balance - lo-fight with lyrics lyrics
- iris kymm - barkeeper's oath lyrics
- giovanni truppi - l'uomo buono muore lyrics
- creams - almighty lyrics