azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

puzzle (az) - güclülərin mahnısı 3 lyrics

Loading...

[verse 1: puzzle]
mənim bir evim var; onu içimdə əllərimlə tikmişəm, daxmadı
mənim ümidim var: yolu keçib sonda bilim, suallar saxtadı
mənim kədərim var. neçə gecə özümü asmamaqçün çalışdım
mənim hədəfim var: içimdən gəldiyi kimi edib, rap’imlə yarışım
(eyo!)
hisslərə sərhəd yoxdu, amma dünyada var
insanları bölmüşəm dünyalara
kainat olsa dəniz, dünya batar
o batsa dalarıq röyalara
söylə, amma səmimi ol
həmin kino + yenə həminki yol
ganja var məndə, paxıl deyiləm, əgər istəsən olsun səninki o
şəkil və bütünəm!
həyat yaşıl ganja, mənsə tütünəm
hisslərini ütülə və geyin əyninə şah
şam işığında’n bu tərəfə hələ ərimədi şam
axını üzə bilər tərsinə, güclü!
içimdəki musiqi hər simə düşmür
hər səhər üçün yeni, pozitiv ruh halı
şərt deyil, şəndi; öz’lüyündən çoxalır…
a ye! sözlə arıyam, soxuram!
a, b + bizdə variant çoxalar
“abi, dünya yaşanılmazdı” demə, “yaşım azdı” deyən vampir!
bro… qaçıb gizlənmisən, hə?
bəs, öz’ündən hara qaçıb gizlənəcəksən?
həyat polisdi, sən gizlənərək çək
üçüncü hissədə güc mənə rəhbər
etmirəm bu işi mən giclərə, hərçənd, güclülərin mahnısı güclənəcək hələ
gec gələrək (sən) tələsmiş oldun
yaşamağa meyilli insanlara noldu?
yarıda qoyma, yola davam hələ!
yol beat’di, mən verse + sonuna var hələ
oyunda var tələ, ehtiyyatlı ol;
hissə güc verəndə olur sənin ehtiyyatın ноль…

[nakarat]
güc birlikdədisə, o zaman təkliyindən yaran
soruş öz’ündən: “birlik nədi?”
və qocalıb, təkliyinlə çoxal
inan ki, bacara bilərsən + çalışsan
həyat axıb gedir, sənsə yarış san
yarış, qazan, (amma) ölənə yaxın anla:
“qazanmaq yaxşıdı, çoxalıransa…”

[verse 2: promete]
dedilər mənə “artır illərlə məntiqin gücü”, amma məndə artır suallar
dedilər mənə “baxışlarınla xatırladırsan ülgücü”, mənsə baxaraq axtarıram cavablar
nəyə görə burdayıq və kimik biz?
əgər ölüb gediriksə, nəyə gərək iz?
sonu eynidirsə bütün hallarda hamının, onda, niyə axı hər kəs çökmür diz?
de, düz nədi, səhv nədi, amma de dəqiq
bro, biz beləyik, konteksdən asılı
dəyişmir cəmi toplananlar, amma dəyişir hasili sıfır olsa, silir
bəzən yumuruq güclüdür, bəzən göz
bəzən bizə “döyüş” deyirlər, bəzən “döz”
soruşan da yoxdur “nədi axı fikrin?”
ona görə məcburuq, yazırıq söz
bu tüpürcək yarışı kimidir;
tüpür uzağa qalacaqsan yadda. (yadda)
bircə qaydası var bu yarışın:
“ya birincisən, ya da altda!” (ən altda)
bəli, elə buna görədir ki, məktəbdə gündəlik var. (ki yığasan özünü)
amma unutma, hər bir sistemdə bir dəlik var. (ki dağıdasan özülü)
içindəki o səsi bələdçi tut, heç vaxt buraxma və unutma!
ola bilər çox göstərərlər sənə həqiqət kimi, amma gizlədirlər düzünü

[nakarat]
güc birlikdədisə, o zaman təkliyindən yaran
soruş öz’ündən: “birlik nədi?”
və qocalıb, təkliyinlə çoxal
inan ki, bacara bilərsən + çalışsan
həyat axıb gedir, sənsə yarış san
yarış, qazan, (amma) ölənə yaxın anla:
“qazanmaq yaxşıdı, çoxalıransa…”



Random Lyrics

HOT LYRICS

Loading...