azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

puzzle (az) - gümman lyrics

Loading...

giriş:
etdim səyahət zamanda;
bunlar oldu bir anda
gördüm öz’ümü yandan: oturmuşam divanda
təmas olarmı? “sanmam”
qəribədi bir yandan, (çünki) alov alaraq yanmam
yanaram (ancaq) yazaraq…

ilk hissə:
bilərək edib, gedərəm yolumu azaraq
çünki, riski düşünməyəndə risk azalar
hamı həyatını borcludu ortaq bir yazara
mənəsə puzzle əmr verir, deyir: yaz ala!
baş üstə, yazaram puzzle, amma haçana?
cümlələr quran yolu səsimlə keçim, qaçaraq
gördüklərim çoxalır, yazmağa çox acam
misal: bilib bilmədən nəsihət verir tox aca!
rəqiblər kölgə olub addımımı sayır(lar)
cır səsimdən həzz alıb, savadımı yayın
fikir, bütün bildirlərimi divar kimi hörür
puzzle yazarkən, fikirləri diyar kimi görür
kral lütdü, kral bütdü, mən də səhrada dərviş(əm)
oldum qəhraman, ərmiş, (axı) təkamül edir vərdiş!
yəni, sual hədər verilmişdi ağrılar üçün
mənim duam hədər edilmişdi tanrılar üçün…
keçid:
“ümman” və “güman”ın birləşməyidi
“gümman”dan umarağ nə istəməli(yəm)?
23 çarə olsun və kömək etsin ist(əy)ər, əli

ikinci hissə:
göydən gəlir səsi, yenə kitab yazır deyəsən
qışqırıqlar yer altından! (x2)
kitabında nida dolu(du), əsəbləşib deyəsən
qaçıbdılar yer(in) altından! (x2)
bizə, içib qanun yazıb, atıb, qaçıb deyəsən
o görünməz(di)! o bölünməz(di)! (bəs), o da ölməzmi?
qanunları məntiqsizdi, ərköyündü deyəsən
qəlb(i) döyünməz! ərköyün(lər), bəs, yola dönməzmi?
qocaldıqca əmələ gəlir yara, qırışla
mənə qarışma, ara qarışsa yaradılışda
yenə yarışma(dı), meydan(sa) düşmanın ətrafıdı
puzzle tolstoy’du, bu track də “etiraf”ıdı
sizə söyməməkçün yazmır, hərf ədəb göstərir
məndə əbədidi, sizdə(sə) zəfər ədəd göstərir
hədəfdə səbəb göstərir
səbəbsiz hədəf göstərir
+ görübdü nələr gözləri?
+ görübdü, kədər göstərir

son hissə:
“ümman” və “güman”ın birləşməyidi
“gümman”dan umarağ nə istəməli(yəm)?
23 çarə olsun və kömək etsin ist(əy)ər, əli



Random Lyrics

HOT LYRICS

Loading...