puzzle (az) - lao tzu lyrics
giriş: (x2)
lao tzu – tao’du
tao düzün yoludu
lao tzu – dao’du
da(ha) o, 100’ün yoludu
ilk hissə:
həqiqət uğrunda 100’ü əzilər, ki sonda 1’i qoysun düzün(ü) hər izə
cavablar axtar və ağlını itir, və tapdığını düşün + düzü, dəlisən
“təvazökarlıq nədi?” deyə soruş; (o) cavab versin, sən də düzünlə boğuş:
“dəniz (bütün) çaylardan aşağ(ı)dadı, amma bütün çaylar axır üzü dənizə (tərəf).”
hamıdan üstünsən, çünki sən fərqlisən
hamı ilə eynisən, (çünki sən) təvazökarsan
əsəbə aldansan, (deməli) həvəsə karsan
sükuta qovuşub, öz’ü taparsan
dəyişməyin ölməklə çirklənəcək (və) dolmuş qədəhə son damcı düşəcək
dəyişsən, qədəhi aşıracaqsan + “ölməkdən qorxmasan, bacaracaqsan!”
“bilmədiyini bilən biri, bilgədi.”
bilmədən yazacaq bir dəli nəsr:
“başqasını bilmək sadəcə bilgidi, öz’ünü bilməksə bilgəlik(di), əsl.”
“gördüyü iş üçün təsdiqi gözləyən(lər) başqasına məhk+m olur o an.”
illərdi yolçu və puzzle’a evəm, təsdiqi gözləsəm yoruluram
“zəriflik düşüncədə dərinliyi, sözlərdəsə inamı yaradır.”
sevməyə qarşıdı, qorxuları var, (o da) inad edib “inad”ı yaradır
insanın xəmiri doğulub çirklənir, sevgi də təmizləyib yoğurur
“sevilmək insana güc verir həmişə, sevməksə cəsarəti doğurur.”
keçid: (x4)
lao tzu + tao’du, dao’du!
da(ha) o, düzün və 100’ün yol’udu!
ikinci hissə:
“mərkəzindədi sualların cavabı…”
…cavaba susamısan
quruyub bütün sualların cavabı, (sən də) sualı sulamısan
“parıldamaq istəyən insanlar, işıqsız qalacaq.”
yağış üçün dua edən insan(lar), yağışsız qalacaq!
yazıram, izləyir otağın divar(lar)ı + dilləri olsa kaş, danışsalar…
yağışlara qovuşsa göz yaşın, unutma, (səni) ucaldar bağışlamaq
güc doğulur birlikdə olanda, amma bəziləri rahatdı yenə (də) tək
doğulandan sevsəm də qaranı, əməllərim öz’ü ağartdı yenə də
“səmimi sözlərin bəzəyi olmur, bəzəkli sözlərdə (də) səmimiyət.”
sözlərin görünmür bəzəyin içində
narahat edir bu səni, niyə?
hamı düşünür düz olan öz yol’udu, (amma) yenə də tao’dan istəyirik
“sadəlik (göstərib), qəbul et onu sən, cilovla yenə də eqo və istəyini.”
“başqalarına gücü çatanın, öz’ünə güc’ü çatmayanda tükənir.”
öz’ünə gücü çatanda da, əyilmir, çünki hər yıxılanda dikəlir
“özünü başqasına izah edən, əslində kim olduğunu belə bilmir.”
bu günün keçir və “dünən” olur o, sabah da gecdi, elə indi!
Random Lyrics
- exact - mna lyrics
- bak (jpn) - ブレーメン (bremen) (romanized) lyrics
- mystic healer - if you ever fall lyrics
- indira radić - kada si me rodila lyrics
- ssoto - butterfly tattoo lyrics
- alex anwandter - mi vida en llamas lyrics
- forever grey - nothing lyrics
- nick page (exclamation point) - uncle harry (deceased) lyrics
- earl zero - righteous works lyrics
- jak de priester - brooklyn 'poet' lyrics