puzzle (az) - viii km lyrics
[intro]
bu track vasmoy’a deyil, vasmoy’dandı
vasmoy’un hər dövüründə, puzzle fakt ordaydı
oyun davam edir; həmişə olduğu kimi!
amma…
uduzulan məbləğ də elə tas boydaydı
[verse 1]
gecə qaranlığında daha da gözəl olur
məhəllələrinin doğmalığı özəl olur
bu track’də bəzədikcə sözlər onu, gizlənir o;
puzzle, yenə gözlə onu!
gözlədiyinə hər dəyəndə özlə onu
burda böyüyüb, başa çatdım
addım atdım sona tərəf, başa çatdım
boş şalvar, sırğa görüb dedilər ki: “başı çatmır!”
uşaq yaşda ganja’ya başlayan əli, yaşın çatmır + yaşla, çatdır;
oturmuşam, məhəllədəyəm. (wow!)
yorulmuşam; gör nə deyirəm:
daha puzzle ilə yeniyəm, mən köhnə deyiləm
vasmoy üçün ölərəm, amma kölə deyiləm
alçanın arağından götürün, gəlin, görüşək laçın’ın qabağında
metroya düşəndə xəbər elə, bro
tez gedək şəhərə, rap’i hədər edir o
hərdən eybi yox, çölə çıxmasam da, za to gecə hər düşəndə vasmoy edir toy + “astav” edir boy. (wow!)
bir dəqiqə e, dayan, dayan!
yorğun halda piyadayam
gəzirəm hey, diyar+diyar
olub puzzle piyan adam
küçələrindən hər keçəndə
qaçıb, qaldım tər içində
okay, süzün bir az, amma gedin, yenə tək içim mən
hər keçiddə maşına yol verir insan
bunu başa düşə bilmədi və görmədi insan
görməmiş insan hissləri tez xərclədi
mən saxladım hamısını, vasmoy “bezmə” dedi
dedim: “bezmdi əli, amma düşünür, buna dözməliyəmmi?”
puzzle göz çıxartdı, gözə batdı, göz mənə dəydi
bütüb düşmənləri xaş elədim, közləmə nəydi?
bro, gözləmə, gəlmir
onun öz’ü + müdrik, həyatı + fəlsəfə, nəsdi
bacardı!
düz həyat yaşayır, daha hər səhvə tərsdi
“açarmı, bu açar, məndən qaçan vasmoy’un qəlbini?”
haçandı bu sözü deyirdim, amma yenə qazandım onun qəlbini!
[bridge]
vasmoy! gəlir indi daha fərqli
vasmoy! sənlə birgə artdı əqlim
vasmoy! puzzle olub daha borzu biri
vasmoy! qələm özünü sənə borclu bilir
vasmoy! daha doğmalığın içindəsən
vasmoy! işıqlarla başqa biçimdəsən
vasmoy! kim gəldi, içəri buraxdın onu
vasmoy! bu sənə ayrılan vaxtın sonu
[verse 2]
səhər 7’də dur, axşam 12’də yat. (sağlam ol!)
özünü kim ki zənn edirdi şah, etdi mat. (çoxdan o)
çünki, vasmoy onu hiss edənlərindi, küçələrilə
“kaş ki” yolçu qayıdıb, yenə bu küçədən keçə əli ilə
qələmim usta samuraydı, qılıncımsa + vasmoy
bu qılınc boğazına dirənsə, çalış, biraz asta ol
bakı bir bütündüsə, “gəlmə” deyilən bir şey yoxdu
vasmoy + evimdi, əgər burdayamsa problem yoxdu
bəzən elə olur ki, öz içində sıxılıb, böyüyür
burda daha çox güclü olanlar sıxılır, döyülür
göyü öyür, barışmıram
böyük+böyük danışmıram
söyür, döyür, qarışmıram;
uşaq yıxılıb, böyüyür
burda öyrənmişəm: necə olur yıxılanda durmaq
burda öyrənmişəm: küncə sıxılsan belə, vurmaq
“həyat” adlı bütöv pulun xərcləmişəm yarısını öz’ə
uşaqlığım, davalarım, sevgilərim, hamısı özəl…
[bridge]
vasmoy! gəlir indi daha fərqli
vasmoy! sənlə birgə artdı əqlim
vasmoy! puzzle olub daha borzu biri
vasmoy! qələm özünü sənə borclu bilir
vasmoy! daha doğmalığın içindəsən
vasmoy! işıqlarla başqa biçimdəsən
vasmoy! kim gəldi, içəri buraxdın onu
vasmoy! bu sənə ayrılan vaxtın sonu…
[verse 3]
…söz verib, yazdım davamını, bağışla məni
göz verib, işıq vermir və deyir: “gör məni.”
bu səbəbdən yolçu oldum + kor oldum və gördüm onu
su verəndə bu arxa, geri verdim, böyütdüm onu
tövbə etmədim mən; tanrı öz’ü bağışladı
dua edəndə gördüm: ovuclarıma yağış yağır
dedim: “daha hazırsan… bağışlandın!”
səhnəni tərk etdi puzzle və alqış qaldı…
Random Lyrics