azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - həyatın qanunları lyrics

Loading...

[verse: qaraqan]
mənə dedilər rap yaz + rap yazdım
mənə dedilər hit yaz + hit yazdım
mənə dedilər dərs oxu + oxudum, beyin qırışlarıma bilik toxudum
mənə dedilər ver imtahan + verdim
mənə dedilər diplom al + ala, aldım
mənə dedilər al təzə geyimlər
nələr ki, dəbdədi, lazım elə geyinmək
mənə dedilər pul tap + pul tapdım
mənə dedilər qız tap + allatdım
mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir+bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər gəl əsgərlikdən
gəl səni tanış eləyək ələsgər əmiylə
atanın dostu, yerlisi, qohumu
başda işləməyə + baş üstə, oldu
mənə dedilər maaş gətir + verdim
mənə dedilər saçın uzun + kəsdim
mənə dedilər qonşunun qızı var, bax ona + baxdım, sonra nişanlandım
mənə dedilər maşın al + tofaş aldım
mənə dedilər döymə + başa saldım
mənə dedilər ev alaq, evləndirək + qızla yatmaq üçün hamını borca saldım
mənə dedilər toy elə + evləndim
mənə dedilər döz bala + nervləndim
mənə dedilər qız ver ya oğul + beynimə saldım, soxdum, doğdu
[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir+bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

[verse: qaraqan]
mənə dedilər pul qazan + qazandım
dedilər qızıl al + aldım, aldım
mənə dedilər qızına pul ver
oğluna maşın al, evləndir, yola sal
mənə dedilər qocalırsan + qandım
mənə dedilər keç otağına + keçdim
mənə dedilər kəs səsini + kəsdim
mənə dedilər süz + süzdüm, içdim
mənə dedilər sat evi, böl pulu
bu qızına cehiz, bu da ki oğlunun
mənə dedilər sakit ol, danışma
sən qoca, bilməzsən səhv nə doğrudu
mənə dedilər bax seriala + baxdım
mənə aldılar təsbeh + fırlatdım
xəstələndim, dedilər döz + dözdüm
bezdi həkimlər, dedilər öl + öldüm

[nəqarət: qaraqan]
bu həyatın qanunları, necə sevirəm mən onları
bu həyatın qanunları, yox olur bir+bir arzularım
bu həyatın qanunları, necə sevirəm mən onları
mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım



Random Lyrics

HOT LYRICS

Loading...