qaraqan - mənim dərdim lyrics
[ chorus ]
vurduqca nəbzim, döyüldükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?
[ verse 1 ]
payızın göz yaşları idi, döyürdü pəncərəmi
sonra qucaqlayıb ruhumu mən evdə gizləndim
sonra bağlı qapısı döyüldükcə otağımın, susurdum
sonra gözlərin dənizlərində balıqlar üzürdü
səhifələr qurtardı, həyat kitabçam boş artıq
ağlamaqla bitmir dərdlər, ağlamaqla onlar artır
zaman, don! tək qalanda dostların içində özgə
amma gizləndikcə içimə, özümü tək qalanda tapdım
sənin gözlərin də ağlayırdı səssiz
günah məndədir, bir nəfər göstər səhvsiz
sınıq budaqlar üçün artıq külək əsmir
qalın geyin, birtəhər keçirək fəsli
bizim aramızda yüz minlərlə pərdə
mənim divarlarım tab gətirmir dərdə
mənim tənhalığım oldu ən yaxın dost
mənim yaddaşımdan ağrılarımı poz, h.o.s.t!
[ chorus ]
vurduqca nəbzim, döyüldükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?
[ verse 2 ]
gülüşün arxasında hansı hisslər gizlənib?
yenə çirk palçığın üstünü örtdü qar
çox işıq salma, mənim qaranlığım hirslənir
arxamca atdığın daşlardır yadigar
həyatı tozlu döngələrdə keçirdikcə
mən sənin qiymətini bildim itirdikcə
sənin saraylarında daha neçə şəhzadə
atılmış oyuncaq olacaq, sən bezdikcə?
sənin gözlərində yoxdur artıq sevgi
onlar qaçır görüşdükcə gözlərimdən
sənin həyat kitabın bəlkə boş qalardı
əgər mən olmasaydım ilk səhifəsində
məni unutmuş dostlarımla gəldim üzbəüz
hardaydınız, dostlar? bu, mənəm! qaraqandır!
amma tanımayıb onlar yanımdan keçdilər
həyatdan təkcə yorğunluq bizə qalandır
beləcə ötürürdük keçmişə günləri
külək süpürürdü keçmişin küllərini
sən də tullamışdın verdiyim gülləri
nə oldu sənə? nə tez unuttun gülməyi, gülüm?
[ chorus ]
vurduqca nəbzim, döyüldükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?
[ verse 3 ]
sevgi də körpələr tək doğulur ağrılarla
amma son nəfəs də, son ümid də səssiz
mən artıq yox oldum zülmətdə qarğalarla
mənim azadlığım bu gündən artıq səddsiz
qaralanmış şimal küləkləri ilə əsdim
mən artıq uçub getmişəm bu dar qəfəsdən
sənə olan sevgimi əllərimlə boğdum
dedim, gəl dost qalaq, dedin, əlvida
[ chorus ]
vurduqca nəbzim, döyüldükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?
Random Lyrics
- chino xl x jonathan hay - hush lyrics
- velli ventura - mama don't sweat it lyrics
- nicholas dante - identity lyrics
- teenage.realese - lazy teen lyrics
- nate rose - terra. lyrics
- g.v. prakash kumar - porkkalam lyrics
- lucki - fear or lust lyrics
- river valley worship - flood our hearts lyrics
- kapitan korsakov - midnight gardens lyrics
- dj unknown & dj mekalek - ain’t no love intro lyrics