azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - sadə adamlar lyrics

Loading...

hər gün işə gedəndə keçirəm eyni küçədən
səhər-səhər, günəş çıxmamış, sübh tezdən
qulağımda musiqi, fikirlər uçur beyindən
küçədə süpürgəçi – neçə ildir elə eyni adam…
nə salamlaşarıq, nə danışarıq, elə addımlarıq
elə bil fərqli dəmir yollarında qatarlarıq
onun üzündə’ sarğı toza qarşı deyil, inanmayın
o qorxur tanıyan olar, gördüyü işindən utanır
daha sonra metroda uniforma geymiş qadın
tanış sərnişinlər üst-üstə düşür iş vaxtımız
metroda gurultudan mahnıları dinləmək olmur
ona görə maksimum artırıram səsini telefonun
sosial şəbəkələrdə uzaq tanışlar, dostlar
neçə dəfə “like” basmaq istəyib çıxmışam postdan
hər gün ərzaq aldığım dükandakı cavan xanım
yoldakı polis və digər tanımadığım

sadə adamlar – çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onlar – həyatımın vacib bir parçası

çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onlar – həyatımın vacib bir parçası

bu səhər yuxudan oyandı içimdə yeni bir insan
süpürgəçinin adı – kazım dayı, “dayı, yorulmayasan!
neçə il sənin zəhmətindir, bax, bu təmiz yollar
dolardı çirk və tozla əziyyət çəkməsəydi qollar”
“təbrik edirəm, xanım! bayramınız mübarək!
gülümsəyin, bu gün beynəlxalq metropoliten işçiləri günüdür!”
“sabahınız xeyir, dostlar!
tanış deyilik, amma hər səhər bir vaqonda gedirik, məncə “salam” üçün bəs edər”
sosial şəbəkələrdə qarşılıqlı “like”-lardan
mən keçirəm həqiqətən bəyəndiyim xəbərlərə
xoşuma gəldi bəyənirəm, kim paylaşıb baxmıram
deyiləm paxıl alverçi “like”-ı “like”-a satmıram
“salam, yoldaş polis!
bu gün başınız ağrımasın”
budur, gözəl xanım işləyən ərzaq mağazası
“sizin gözləriniz o qədər gözəldir ki, hər dəfə mən ərzaq seçəndə mütləq nəsə bir səhv edirəm…
sözlərimdən utanmayın, xanım, bu deyil yalan
sadəcə bir fikirdir, bir sözdür ürəkdən gələn”
beləcə keçir növbəti gün hörmətlə, sevgiylə
görəsən, bakını dəyişə bilərikmi biz birlikdə?

sadə adamlar – çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onlar – həyatımın vacib bir parçası

çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onlar – həyatımın vacib bir parçası

növbəti gün küçədə yoxdur artıq kazım dayı
yerinə başqa qadın, “kazım dayı hardadı, xanım?
görəsən, xəstələnib?”
“yox, dünən xahiş elədi
müdriyyətdən ki, onun dəyişsinlər təmizlədiyi küçəni”
metrodakı xanım üzünü çevirdi mən gələndə
və vaqon yoldaşlarım keçiblər o biri vaqona
sosial şəbəkələrdə də dəyişməyib heç nə
polisə yaxınlaşırdım, qışqırdı: “get öz atanla oyna!”
görəsən, nə olub insanlara? mən neylədim axı?!
hardandı üzlərindəki kədər?! təbbəssüm hanı?
niyə hamı yağdırır bir birinə qarğışları?!
ərzaq dükanında da gözləyirdi qızın qardaşları
(gülüş səsi)

çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onların həyatında yoxdur azadlıq

çoxusu danışır ləhcə ilə
çoxusu təhsilsiz, savadsız
özgə olsaq da, biz doğmayıq
onlar – həyatımın vacib bir parçası

(qatar səsi)



Random Lyrics

HOT LYRICS

Loading...