qaraqan - salam, can lyrics
[verse:qaraqan]
hərdən kömək eləyə bilmir şade
hərdən musiqdə tapa bilmirəm sevgimi hərdən..
elə bil çəkilmir yaxşı filmlər ki, onlara baxanda yadımdan çıxasan bir günlüy sən..
hərdən bahalı geyimdə istəyirəm ağlayım..
və düşüb küçələrə ayaqyalın dillənim sevgi..
hərdən bəs eləmir bir barmaq ki, şəklinin üstündə basa bilim “iksi”..
köməy eləmir nə qələm nə kağız… tanış gəlir gəzdiyimiz bütün küçələr
köməy eləmir nə dua nə qarğış geri gəlmir itirdiyimiz gecələr….
səni axtarıram, axtarırsan sən amma taley çətin bizi görüşdürər
geri dönməz, gülüşlər, baxışlar, öpüşlər…
[nəqarət:qaraqan]
salam can necəsən? necə dəyişmisən..
yadıma düşür keçmiş günlərimiz hərdən..
hə işləyirəm..hə səndə işləyirsən..
bəs sevgi.. yoxdu hələ? elə mən də təkəm..
qəribə təsadüf görməyimə şad oldum..
özünə yaxşı bax evdəkilərə de salam..
köhnə nömrədəsən, bir gün görüşəy bəlkə..
yada ki, yox, üzr istəyirəm….çıxart yaddan
[verse:qaraqan]
hərdən köməy olmur qızlar və fahişələr..
mən özgə qucaqlarda darıxıram gözlərinçün..
hər gün smslər, zənglər, dolu komentlər..
amma mən darıxıram sənin qırıq sözlərinçün..
hərdən köməy olmur, pul..köməy olmur dost
hərdən köməy olmur rep köməy olmur host
bakı dönüb olur darısqal bir otaq..və payız..
bizi çıxardır tez+tez üzbəüz……
[nəqarət:qaraqan]
salam can necəsən? necə dəyişmisən..
yadıma düşür keçmiş günlərimiz hərdən..
hə işləyirəm..hə səndə işləyirsən..
bəs sevgi.. yoxdu hələ? elə mən də təkəm..
qəribə təsadüf görməyimə şad oldum..
özünə yaxşı bax evdəkilərə de salam..
köhnə nömrədəsən, bir gün görüşəy bəlkə..
yada ki, yox, üzr istəyirəm….çıxart yaddan
Random Lyrics
- terez - all my exes are dead lyrics
- dev negi - dil yeh khamakha lyrics
- oteezy - game day ritual lyrics
- descendents - beverly hills lyrics
- matryoshka - beyond lyrics
- the deathless divide - coyote lyrics
- joel laskey - on the way lyrics
- 3.56 am - послание музе (message to the muse) lyrics
- the moute, eniqune & do1r star - сон (dream) lyrics
- tempo - ahora si mami lyrics