azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - sıradan adam lyrics

Loading...

sükutunun pərdə arxası
onun ürəyində yarası
sızıldayır səssiz
geyindiyi yalanlardı onun qəsri

onu qoruyası dünyadan
hamı kimi sıradan adam
cəmiyyətə təslim
olacaq bu gün cəmiyyətə təslim

iki üstəgəl iki bərabər beş
yaz qara ağdı, ağ isə qara
geyin maskanı, sıraya keç
artıq uyğunlaşdın onlara

sıradan adam, sıradan adam
bax, gəlir sürünən adam, sürünən adam
dəvət edin içəri, sevimli adam
çünki bizim sürüdən adam, sürüdən adam

sıradan adam, sıradan adam
bax, gəlir sürünən adam, sürünən adam
dəvət edin içəri, sevimli adam
çünki bizim sürüdən adam, sürüdən adam

bir addım sağa
çıxdım sıradan, deməli sağam
mən deməli varam, deməli dünyanın gözünə dağam
çünki mənim yox ağam və gözlərim açılıb
qandalım qırılıb, qollarım azad
o biri qulların əllərini açıram
yadam – özgəyəm hamınıza
keçdim sərhədlərdən
nəyi düşünmək olar və danışmaq olmaz
qadağan bütün hədlərdən

sənə öyrədilənləri unut dedim
amma öyrədilənləri uddun
sənə göstərilənlər göstəridi dedim
amma göstərilənlərdən qorxdun

deməli quyudasan, qorxdun, deməli dərədəsən
keyfiyyətli pendiri sənə pulsuz verirlərsə, tələdəsən
qorxdun, deməli sürüdəsən, qamçılayıb sürəcəklər
canavar adıyla qorxudub
sonda elə çoban yeyəcək səni

uzaqdan adam, uzaqdan adam
bax, gəlir düşünən adam, düşünən adam
ona olmaz içəri, təhlükəli adam
çünki deyil bizim sürüdən adam, sürüdən adam

uzaqdan adam, uzaqdan adam
bax, gəlir düşünən adam, düşünən adam
ona olmaz içəri, təhlükəli adam
çünki deyil bizim sürüdən adam, sürüdən adam
sıradan adam, sıradan adam
qoy gəlsin sürünən adam, sürünən adam
dəvət edək içəri, sevimli adam
çünki bizim sürüdən adam, sürüdən adam

sıradan adam, sıradan adam
qoy gəlsin sürünən adam, sürünən adam
dəvət edək içəri, sevimli adam
çünki bizim sürüdən, sürüdən adam



Random Lyrics

HOT LYRICS

Loading...