azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

qaraqan - soyuq ulduzlar lyrics

Loading...

göydə allahdan başqa nə var ?!
bombalar tökən təyyarələr
mən toxundum o körpənin göz yaşlarına və istisi buz qəlblər əridər
yerdə padşahlar olur allah
mən nifrətimi boğuram içimdə
deyirlər, çıxıb təp-təzə qandallar, gözə görünməz, zərif və incə
bizi tullayıblar atalar, -n-lar, yol göstərmədən nədir səhv, nədir düz
bizə deyiblər ki, var 100% bumbuz qarların sonunda günəş və yaz
yaz qələm, bu bəmbəyaz kağızı külə döndər, bağlayıb məktubda gülə döndər
biz inanmırıq savablar xilas edər
ay allah, savablarımızı pula döndər!
avtomagistrallar, meqapolis sərt
qanunların övladları qaranlıq
bizə yüz rəngarəng işıqdan gözəl
biz – arzularını unutmuş adamlar
biz – vicdanı brioniyə satanlar
biz sevirik sərxoş, isti bədənlər
biz axtarırıq fərqli qucaqlarda ailə, dəyişirik yeni, yeni, yeni vətənlər
və hər dəfə qayıdıb eyni nöqtəyə, radio xışıltısı qədər dəyərsiz sözlər
məni kövrəldir bəzi köhnə filmlər, məni qızdırır bir neçə doğma gözlər
mən artıq olmuşam anlaşılmaz qida, ilham pərisi digər yazanlar üçün
əməllərimi anlamır hətta mələklər, günah-savab dəftərlərim qaralamalara çevrilib

qal yanımda, tut əlimdən
sənə göstərəcəyəm ulduzlar, boş səmada təyyarələr
qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
meteoritlər, planetlər, orada kraterlər, qayalar
amma sənə yalvarıram, dost, yalvarıram, soruşma (soruşma, soruşma)
qal yanımda, tut əlimdən
sənə göstərəcəyəm ulduzlar, boş səmada təyyarələr
qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
meteoritlər, planetlər, orada kraterlər, qayalar
amma sənə yalvarıram, dost, yalvarıram, soruşma “bəs allah hanı?!”

tanrısız səmalar necə qaranlıq
biz küçəyə atılmış körpələrtək
soyuq ulduzlarla dolu kainat və canlı olan kiçik bir nöqtə
yazılır şeirlər, çəkilir ağrılar, bəzəyir misraları illər
və soyuq mərmər altında doğmalar bilmir nə vaxt gətiririk onlara güllər
anacan, mən öyrənmişəm yalanı, atacan, deyəcəm ki, inanıram
mənim üzümdə saxta bir təbəssüm, mənim ürəyimi parçalar ağrılar
deyirlər, başqa şəhərlərdə axtar, deyirlər, tələs, vaxt azalır, artır yaş
qaçmaq lazımdır buralardan, ancaq gələcək sənin hara getsən güclü yaddaş
musiqi – bizim gizləndiyimiz bunker
həyat – həqiqətlərinə qarşı dərman
şeirlər, sanki güclü ağrıkəsici, tanrısı bilinməyən səmimi dualar
qadınlar – bizim inandığımız yalan
ehtiras – yeganə şans ki dayansın zaman
səmalar doludur minlərlə işıqla, milyon il əvvəl sönmüş ulduzlardan qalan

qal yanımda, tut əlimdən
sənə göstərəcəyəm ulduzlar, boş səmada təyyarələr
qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
meteoritlər, planetlər, orada kraterlər, qayalar
amma sənə yalvarıram, dost, yalvarıram, soruşma (soruşma, soruşma)
qal yanımda, tut əlimdən
sənə göstərəcəyəm ulduzlar, boş səmada təyyarələr
qaranlıq orbitdə peyklər, kosmik toz, kainatlar
meteoritlər, planetlər, orada kraterlər, qayalar
amma sənə yalvarıram, dost, yalvarıram, soruşma



Random Lyrics

HOT LYRICS

Loading...