rəhimxan ft. odler - yar lyrics
yar lyrics
odler:
buraxmır əsəb krizlərim
nə bir görən olsun, nə sən bil istədim
bu şəhərin bütün yollarını ümidlə gəzdim ki
bəlkə bir gün gətirər sənə bir iz məni
(gözlədim), mən səni əsrlərlə gözlədim
bu tənha yarımadada əzir qəlbi özləmin gülüşün günəş kimi şölələnir göy üzündə
ay kimi bədirlənir gözlərin
ətrini ciyərlərimə qazıdım mən
ömrümü basdırdım bu sevginin kölgəsində
bəxtimi əsrarəngiz gözünnən asdım mən bir gün bu küçənin elə bu döngəsində
ilahi bu nə dərddi, dünya gəlir üstümüzə
küsüb getdiyin gün təbiət küsdü bizə
indi çox dəyişmisən, baxışın kir, gülüşün rəzil
dərdimin təzahürüdür bu yağan yağışın səsi
(hardasan?!) bax hara gəldik haralardan
içimdə sənə qanayan yaralar var
səndən gəlirsə, ölüm də xoş gəlir
xoşbəxt olmağındı son istəyim yaradandan
bacarmadıq eyni yolda yanmağı
artıq ölürəm, gözün yolda qalmasın
getdiyin o yolları da fırtına dağıdır indi
dərin mariana+dan gözlərin daha dərindi yar
rəhimxan:
sol yanımda sən adlı bir yara daşıyıram illərdi
bu illərdə bilmədin sən sənə olan hisslərimi
ayrı evdə eyni səmanı yağışını izlərdik
hər gecələr bir mənim göz yaşım da gizləndik
böyüdüm göz yaşı ilə qucaqlayıb dizlərimi
mənim sərvətim səni təsvir eyləyən sözlərdi
sənlə bir dam altda qocalmağı çox istərdim
(amma) zaman görmədiyimiz üzləri bizə göstərdi
qocalmışıq bu sevginin arxa partalarında biz
hələdə qalıb məhlənizdə mənim paraçalarımdan iz
mənim çirki bu əllərim sənin ürəyindəndə təmizdir
sənin soyutduğun qəlbi indi özgələr isidir
bir birindən ayrı düşən yarpağıq biz
bu sevginin yollarında tapdalanan torpağıq biz
sənə görə fərhad olub nə dağlar yarardım amma
insan insana rast gələr sənlə uzağ dağlarıq biz
bitmişik yoxdu bir dəva olan dərdimizə
mənə qürur et özgələrinin ayağlarına qəlbini sər
lal olan bu könlümün sən söhbətisən dilisən
artıq sən vecimə olmayacaq qədər yad birisən
mən silirəm gözündən axan yaşın damlaların
bir zamanlar içimi parçalayırdı yarın ağlamağı
mənə canı yanmamağı gəlirdi ölməkdən ağır
darıxdığımı azda olsa gözlərimdən anlamadın
yar
(haram olsun yazdığım bu parçalarım)
Random Lyrics
- chris lebron - la jaula perfecta lyrics
- chase matthew - raised in the holler lyrics
- lil dzack - capper lyrics
- therapie taxi - avec ta zouz - live lyrics
- luci4 - #luciferday lyrics
- yb sheep - fehlamplatz lyrics
- simon a. (uk) - at that time there lyrics
- tegan and sara - speak slow (2022) lyrics
- alfredo bouza - feelings lyrics
- ghostnaps - so high lyrics