azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rəhimxan - sevgi qatarı lyrics

Loading...

[bənd 1: rəhimxan]
insanoğlu eşqi adi bir həvəslə səhv salıb
bizim sevgi nağıllartək dildən+dilə səs salıb
bilirdin ki, qəbulumdur xasiyyətin, hər halın
başqasının olsan belə, məni unutma səncanın
darıxma, əgər darıxsan, mənə bir zəng elə
sənə danışım, səndən sonra nə haldadır sevdiyin
səni sevəndə mənə lağ edib, sevdamıza hər gülən
indi gəlib məndən soruşur, haradadır sevdiyin?
dərdimə sən güləndə dərd gəlir dərdin üstünə
xatirələri qaytar geri qoyub qəlbim üstünə
artıq sənə şeir də yaza bilmirəm
bilirsən, niyə?
çünki sən bizi tərk elədin, onlar mənə küsdülər
səndən sonra kimsə sən olmadı, bu yerin dolmadı
unutmağa çalışsam belə, ümid çiçəyi solmadı
varlığım darlıq edir sənin üçün, gec anladım
və anladım ki, məndə dözüm, səndə ürək qalmadı
[nəqərat: həsən aydın]
unut ki, yaşanacaq nə qaldı sabaha?
bu sevginin qatarı getdi, gülüm, getdi daha
unut ki, yaşanacaq nə qaldı sabaha?
bu sevginin qatarı getdi, gülüm, getdi daha

[bənd 2: rəhimxan]
gəl, otur, danış dərdini, düzünü de, kim üzdü səni?
gülüşünə həsrət qalıb evdəki güzgülərim
bu cavan yaşda hətta var üzündə cizgilərin
gecələr ulduzlar gül səmanı çizdi sənin
çox dedik bacararıq biz, gəlmədik öhdəsindən
məni gəl yuxuya apar, layla de öz səsinlə
gecənin bir yarısı ayılım o röyadan
nolar, canım səni o anda istəsin, gəl
mənə daha sual vermə, soruşma, demə ki, kimləsən?
səndən sonra neylədim, yaxşıdır, məncə, bilməsən
nə vaxtsa qarşılaşsaq, o zaman üzümə baxma
boş ver, keç yanımdan, çalış ki, məni də görmə sən
eybi yox, razıyam mən, tutaq ki, bütün səhv mənim
məndən uzaq durma, soyuyur sənsiz əllərim
sevginin sərxoşuyam, sənsiz baş gicəllənir
təki sən səslə məni, haradasan, yanına mən gəlim

[nəqərat: həsən aydın]
unut ki, yaşanacaq nə qaldı sabaha?
bu sevginin qatarı getdi, gülüm, getdi daha
unut ki, yaşanacaq nə qaldı sabaha?
bu sevginin qatarı getdi, gülüm, getdi daha



Random Lyrics

HOT LYRICS

Loading...