
rəssam - sən lyrics
kürəyini mənə möhkəm söykə
hər çətində mənə güvənən oldun sən təkcə
qəzəbimə sevgi cavabı verən o hüzursan sən
bilməzdim ki, tanrıdan gələn paysan sən
ayağına düzəcəm qələbəmi mən
görəcəksən sən
qanımda axan, ürəkdə atan eşqsən sən
günəşlə açan, ümidlə bitən günsən sən
bilməzdim ki, tanrıdan gələn paysan sən
görəcəksən sən
min söz desəm, əvəz edə bilməz
adiləşməz və təsiri getməz
minlərlə ulduz səmada
iki gözlərindəki işıq etməz
qəlbimdəki izin dəyişməz
kimsə gəlib yerini ala bilməz
nə qədər varam yanında
heç kim saçının telinə dəyə bilməz
mənim yüksəlişim, düzənim
həyatın uğrundakı tək seçimimsən
sabahın təqvimində hər gün
yanımda olacaq adamım sənsən
bilirəm güvənirsən, əzizim
qucağıma möhkəm sarıla bilirsən
ən çətin günümdə yanımdaydın
hər şeyin gözəlinə layiqsən
kürəyini mənə möhkəm söykə
hər çətində mənə güvənən oldun sən təkcə
qəzəbimə sevgi cavabı verən o hüzursan sən
bilməzdim ki, tanrıdan gələn paysan sən
ayağına düzəcəm qələbəmi mən
görəcəksən sən
qanımda axan, ürəkdə atan eşqsən sən
günəşlə açan, ümidlə bitən günsən sən
bilməzdim ki, tanrıdan gələn paysan sən
görəcəksən sən
Random Lyrics
- sokol.tge - sonce vo ocite lyrics
- xxjayy - always at my peak lyrics
- 17psyche - god's lines lyrics
- ap dhillon & shreya ghoshal - thodi si daaru lyrics
- snowy nasdaq - big blind lyrics
- fuckitsam - todo de mi lyrics
- sensey’ - chemise italienne lyrics
- trinni - в клубе (in da club) lyrics
- elbloque delorco - salomé lyrics
- greedygod - italy lyrics