rg aka iyirminci kalibr - əbədi ədiblər lyrics
[bənd 1: rg]
sənətim güzgü, görsədir millətin üzünü içdən
dedilər, başqa sənət seç də, gec deyil heç də
məncə, qəbul eləmir düz sözü tək giclər
və qorxaq yaşayır ancaq yaltaq və biclər
mən isə gündüzlər qarğayam, dönürəm ay çıxanda qurda
meydanda qalanlardanıq hamı qaçanda burdan
desertəm sistemə mikrofonum kürdan
peşman deyiləm, olmasaydım rap’də say ki
olmayıb, basketbolda jordan
doğurdan?
ola bilərdim vəzifəli şəxs
3 dil bilirəm, o vaxtı heç yaxşı getməsə də dərs
mən tərs girsəm, bəsə+bəs eliyərdim
vəzifədə də irəriliyərdim, amma maraqlı gəldi pifaqorda nas
tapdım öz ağlımda olan adamları
mədrəsəm deyir onların başqa üfüqə baxır eyvanları
fərqli görürük biz bu dünyanı, bu da anlamı
peşmanlığım dostlarımın arzularının edamları, yeah
[nəqarət]
evdə deyirlər, rap’dan qıraq dəyərlər var
mən də bilirəm, həyat da çox əgərlər var
peşman deyiləm, buna da o qədər səbəblər var
gəldi+gedərlər, bir də əbədi ədiblər var (×2)
[bənd 2: rg, abdul muzzi]
hələ ki, yaxşıyam şükür eliyir dəli gününə
deyib atam, nə tökərsən, o da çıxar sənin önünə
tərk edənləri saxlamazlar, məncə, gülə+gülə
özüm üçün açmışam kiçik biznes, satıram mən günü günə
gülə+gülə yazıram mən indi bu bəndi
qonorarım “покрывать” eliyir, düzü, çörəyi, çayı və qəndi
vəziyyət gedəndi, demirəm yaşadığımız yaşıl ada
amma yaşıl olmasaydı, “брат” olardı villada
özüm nümunəvi ata, iki oğlum var
allah saxlasın
olmayanlara qismət, allah razı olsun
başa düşürsən?
kişi meymundan seçilsə bəsidi
bir də qızım olar, gözəl olsun və onun nazı olsun
məncə, dinləyici mənim ruh əkizim
nəsə bağlıyır bizi, rap birləşdirir ikimizi
ən bərbad track’imdə anlayırıq bir+birimizi
bilirəm bizi çoxu qınayır
insan ol, boş şeydi gerisi
[nəqarət]
evdə deyirlər, rap’dan qıraq dəyərlər var
mən də bilirəm, həyat da çox əgərlər var
peşman deyiləm, buna da o qədər səbəblər var
gəldi+gedərlər, bir də əbədi ədiblər var (×2)
Random Lyrics
- marco frisina - o croce fedele lyrics
- nothing,nowhere. - lights (4444) - lontalius remix lyrics
- mooreyardi - summertime lyrics
- sylwia grzeszczak & liber - nowe szanse lyrics
- lakshya bhatnagar - zaroori lyrics
- schwarzchild - greenhouse lyrics
- zone 3 - prayer request (feat ic jonez) lyrics
- blr & rob styles - symmetry lyrics
- yael naim - don't be afraid - the song lyrics
- tommy lagoon - mischievous love (feat. mallory claude & muddyskin) lyrics