rg aka iyirminci kalibr - format deyil lyrics
[instrumental & intro]
düz gəlmir formata (x3)
[1. verse]
bu nəfəsim mikrofona hənir verəcək
kəsilməyəcək, təki tapılana qədər əvəzim
bu həvəsim hünər vərəcək
əl çək, haqq-ədalət gerçək bizdə axı nə gəzir?
yaxşı gəzin-tozun, amma ölməyə … vətən
artan benzin pulu görən, kimin cibinə gedər?
bir də gördün, gecə bu vədə deməmiş nədən
“bəsdi” – deyib bu qədər salır yekə cipinə bir gədə
ona görə demirəm, yaxşısı, susum
mən sakit dururam, amma sətirlərim qan qusur
ruh kirliysə, niyə alır axı onda can qüsul?
anar demiş: sabun dəyişir, köhnədi üsul
bir susun, görün əməli, deməli, düz qurulmuyub təməli
bu gün bu otaqdan vicdanın səsi gəlir
mənim sağ qolum əvəz edir vəsiqəmi
polis əmi bizi susdurmaq üçün heç nə əsirgəmir!
[nəqarat]
məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
məni heç kəs ‘show-biz’ə qatmasın, çünki düz gəlmir formata!
düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!
[2. verse]
mənlə böyüyən uşaqlar eleven-da neylir?
tək tanıdığım kokteyl – “molotov kokteyli”
o birisi şarlatanlar nəsə inqilab, akt eyləyir
nəysə, mən içirəm çayçıda çay mixəkli
bu gözlər nə qədər görüb haqq-ədalət yetirilib qətlə
bunu dərsliyə salmaz tqdk, dinlə diqqətlə!
biz ki tərbiyə görmüşük küçədə, ümumiyyətlə
nə olsun, valideyinlərimiz intelligentlər?
bu “ara uşağı”. 3 yaşdan bilirəm, yoxdu şaxta baba
sehir deyil göyqurşağı
yuxarıdan aşağı baxmaq olmaz rəqibə qəribə kinayəylə
atam iradəylə öyrədib, hər şeydən qabaq ailə
ay lə, yaş ötüb keçir, nələrə nailəm?
göygölü dəyişdim xəzərə, mikrorayon 3-cü dairə
badamdar və sairə
xasiyyətcə, zahirən dəyişirəm
heç bir əməlimə çəkmirəm xəcalət
nə çarə olacağa?
oldu keçdi balacama, öyrədirəm qanacağa
nə vaxt özünü qanacaq ha, tək başına qalacaq
biləcək, kişinin olar ulqumu
saymayanın ağası ol, sayanın qulu!
[nəqarat]
məni kritiklər top-tüfəngə basır, çünki düz gəlmir formata!
məni heç kəs ‘show-biz’ə qatmasın, çünki düz gəlmir formata!
düz məndə, media gopa basır, ona görə düz gəlmir formata!
rap zəfər havası, siz qorxaq qalasız və bu düz gəlmir formata!
Random Lyrics
- maurice west - voices in my head lyrics
- officina musicale - pochi minuti lyrics
- bandkidemil - flexin lyrics
- vertigo child - if you feel lonely lyrics
- tgsn - rebound (feat. tlinh) lyrics
- manuscript alli - to the bottoms lyrics
- a sense of purpose - fiend lyrics
- rme skate - dream chaser lyrics
- yodda - saino tapai lyrics
- chelsea cutler - new recording 28 - lions lyrics