rg aka iyirminci kalibr - suallar lyrics
[bənd 1]
hər evdə ayrı əhvalat var
insan var + kin saxlar və əhval artar
kimsə “vabank” gedir, vermir kart əl
bil sən + tamah qəti sevmir kartel
heç kim dinmir
dedim, gecdi bəlkə?
batır birgə ölkə
seks, narkotik dövrüdür
bakı altı çürük, üstü zərlidir
görürəm hələ gözdə qırmızı pərdə var!
qara qızıl? qara qızın dərdidir
qalx zirvəyə düzmədən cəsəddən nərdivan
arzum 4×4 dost, dörd divar
dollar, avro, manat ya dinar
dörd təkər, dörd nökər tək qaş daş, min cild cüt tuman
rg’nin elədiyi söhbətə bax
kişilərin indi qeybəti var
ət, qənd, çörək, yazılan töhməti var
bərkdən gülək, qəm kasıba fərdidir
xanım var mininə dəyən qeyrəti
göz dolduran (ala) qaməti var
ucuzdur bir şey varsa qiyməti
məgər hər kəs yaşayır necə sərf edir
nədir bu maraq, qəti olaraq
necə və ya neçə gəlir gəlir saatda
nədi bu tamah qumara?
playboy avara, instaya qoyulan salatlar?
nədi trend? bas “share”i çox fanatlar
bu brend “luxury”yə can atmaq?
güzgüyə baxan yox, bəlkə, günahkar “selfie”dir?
[nəqarət]
tanrım, qınama gəl bu səfər istisna olsun
bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
özlərəm, şəhzadəm istərəm yanımda olsun
külək ətrini yaysın, külək saçını yolsun
gülüm verdiyim güllər imkan vermə solsun
bir gün əriyər aradakı səbəbsiz son buz!
ana, nə olar duaların üstümdə olsun
ağlımda suallar var cavabsız və sonsuz!
[bənd 2]
bu sətirlərin ünvanı sürgün, qobustanı ya sibiridir
de ki, haqq axtarır kimsə soruşsa bu avamı haranın səfilidir?
hər inanca hörmət et, peyğəmbərlər yaradının səfiridir
sual, dua tanrıyaysa, nə fərqi bəndə oxuyur ərəbcə ya ivriti?
fərqinə var, ruhun pinti
millət bil ki, danışır min dil
bizlə min bir gecə him+cim qızlar intim
onlar nə tərbiyə verəcək övladına indi, evlidir
bir də qoynuna girən dost ilan çıxar, sivri dil!
aç sandığı, tök pambığı bil
düşdüyün nəyin zibilidir!
ifritələrin xətrinə dəymək olmaz, onlar kinlidir
bu oyundan da uzaq dur sonra demədi demə kim dedi
düzünü yazmaq adamı qocaldır, həqiqət çərlədir
bizlə başlayanların yarsı torpaq altında, yarısı da içəridədir
bilirsən bəlkə bu yaşananlar kiminsə zikri, fikridir
nəyik bilinmir, yox iz elimdə, gizlədirlər nəylə hibritik
nə qədər sirlidirsə dünya bir o qədər də kirlidir
günah barıtdır, şeytan çıxacaq, çaxacaq kibriti
[nəqarət]
tanrım, qınama gəl bu səfər istisna olsun
bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
özlərəm, şəhzadəm istərəm yanımda olsun
külək ətrini yaysın, külək saçını yolsun
gülüm verdiyim güllər imkan vermə solsun
bir gün əriyər aradakı səbəbsiz son buz!
ana, nə olar duaların üstümdə olsun
ağlımda suallar var cavabsız və sonsuz!
Random Lyrics
- stani - mercedes benz lyrics
- crying vessel - life in poetry lyrics
- yfu baby - de$ign lyrics
- solsticio - like a bullet lyrics
- m.y.m.p. - soon it's christmas lyrics
- thahomey - raisonnable lyrics
- vera ci - lord have your way lyrics
- pold (soziale unterschicht) - grüne knollen, rote glut lyrics
- pamela d. bruner - christine lyrics
- lillye - fire lyrics