azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

roustam - oxlan lyrics

Loading...

nə baş verdi, heç bilmirəm
ruhum titrəyir bu soyuq bədəndə
adam çox idi, deyil yadımda
kim apardı məni yoxluğa?!

gəl, məni apar özümə
bu gecələr aparır sonsuz ölümə
kim öldürdü gizlicə
çəkib məni kənara min dəfə?!

gəl, məni apar özümə
bu gecələr aparır sonsuz ölümə
kim öldürdü gizlicə
çəkib məni kənara min dəfə?!

mən sənin bildiyin oxlanlardan deyiləm!
ola bilər dəliyəm
bu dünyadan deyiləm
mən sənin bildiyin oxlanlardan deyiləm!
deyiləm!

mən sənin bildiyin oxlanlardan deyiləm!
ola bilər ölüyəm
bu dünyadan özgəyəm
mən sənin bildiyin oxlanlardan deyiləm!
deyiləm!
mən ölmüşdüm, deyildim özümdə
dözə bilmirəm daha, bezirəm bu taledən!
bəs yaradan necə susdu bu zülümə?
necə dözdü ruhumdan ruh bölünəndə?!

gəl məni apar özümə
bu gecələr aparır sonsuz ölümə
kim öldürdü gizlicə
çəkib məni kənara min dəfə?!

gəl məni apar özümə
bu gecələr aparır sonsuz ölümə
kim öldürdü gizlicə
çəkib məni kənara min dəfə?!

mən sənin bildiyin oxlanlardan deyiləm
ola bilər dəliyəm
bu dünyadan deyiləm
mən sənin bildiyin oxlanlardan deyiləm!
deyiləm!

mən sənin bildiyin oxlanlardan deyiləm!
ola bilər ölüyəm
bu dünyadan deyiləm
mən sənin bildiyin oxlanlardan deyiləm!
deyiləm



Random Lyrics

HOT LYRICS

Loading...