
roya - eşqim lyrics
[bənd 1]
yaz gecəsi idi
getdin göz qırpımında, eşqim
getdin arzularımla
röyalarımla, nağıllarımla
əyildi qəddim
soldum bir bənövşətək, eşqim
uçdun mələklərimlə
diləklərimlə, istəklərimlə
[nəqərat]
söndü həyat, dayandı aləm
tükəndi qüvvəm, susdumu naləm?
dondun dodaqlarımda
xülyalarımda, duyğularımda
bir bulud olub, dolub qalıb
kövrəlmişəm mən, eşqim
indi öz+özümlə mən
tək bacarmıram, eşqim
[bənd 2]
açılmır səhər
sənsiz ömür bir kədər, eşqim
ucsuz ləpələr sonsuz
səma ulduzsuz
bulaqlar susuz qalıb, sızlayır
könlüm od+alovlayır, eşqim
leyli məhəbbəti üçün
hər zərrəsi üçün, öz məcnunu üçün
[nəqərat]
söndü həyat, dayandı aləm
tükəndi qüvvəm, susdumu naləm?
dondun dodaqlarımda
xülyalarımda, duyğularımda
bir bulud olub, dolub qalıb
kövrəlmişəm mən, eşqim
indi öz+özümlə mən
tək bacarmıram, eşqim
[çıxış]
söndü həyat, dayandı aləm
tükəndi qüvvəm, susdumu naləm?
dondun dodaqlarımda
xülyalarımda, duyğularımda
bir bulud olub, dolub qalıb
kövrəlmişəm mən, eşqim
indi, indi öz+özümlə bacarmıram
bacarmıram
tək bacarmıram
kövrəlmişəm mən
bacarmıram
Random Lyrics
- iwatchedherdie - the ill effects of hope lyrics
- ushankajack - no school 4 me lyrics
- nia nicole - get off lyrics
- autopark - gori grad lyrics
- dolly trauma - placebo lyrics
- aydiar - badyada lyrics
- wujek - never look away!! lyrics
- spark allat - spark allat lyrics
- impact worship, daniel epps-benn & emilia owens - i speak jesus lyrics
- rezich - jesse lyrics