royal babayev - ömrün səhifələri lyrics
[bənd 1] [royal babayev]
təsəvvür edəndə ki, sən olmasaydın…
necə olardı həyatım? necə olardı, həyatım?
sən içkilərlə dolu olan həmin o boz masaydın
ulduzlara toxunardıq, xəyalları pozmasaydın
olmasaydın yuxularda, olardın reallıq sən
gözlərindəki şaxtadan donardım bir anlıq mən
və birdən soyuğun təsirindən buza dönər saf uşaq
qayıt gəl! həyatda olmasa da, arzularda barışaq
bəlkə sevgim sənin üçün sadəcə qəpik+quruş!?
taqətdən salır məni saxta, amma qəti duruş
kəsib+doğrayar parça+parça məni siyah gözlərin
divardan asılan siluetin yaşamağa tək təsəllim
aç əllərini yalvar son ümidlərimə denən ki
“sevirəm! sevirəm səni, qəlbimə bıçaq sancan qatilim mənim!”
mənsə haradasa uzaq sahillərdə itmişəm
soyuq mənzilimdə soyuq cəsədim, sən demə mən getmişəm…
[bənd 2] [mortiferum]
alma, tale, kədər, ölüm…
bitmir bu qara ömür…
hara sürür bu ömrün şoferi, hə?!
ən əvəzolunmaz xəyallarımın qatilisən
dirisən, amma ki, ölü olsan daha yaxşı
şeş+beş ata bilmədim, bu sevgidə gətirmədi naxışım
hər gün süzülür boş badələrə çanqa
ya məni tez öldür, ya da ki, könlümdə qal
bizi danışardı ulduzlara hər gün kosmos
əbədi yanacağını sandığın sevgi olub toz
qatır qədər işim ağır, amma ki, beynim qanmır
bir də, bilməlisən, bakı gözyaşlarına inanmır
müvəqqəti ölümsüzlüyə görə üzr istəyirəm
səndən lap gəlsin əzab, beşini versən, yüzünü istəyirəm
içim həmişə bir əlvidalar şəhəri qap+qaranlıq
məzarımda gün nə çıxır, nə batır + alatoranlıq
Random Lyrics
- karan aujla - kya baat aa lyrics
- jaron (jaron steele) - escape lyrics
- micah - larry stylinson 28 lyrics
- dj clue? - clear da scene lyrics
- saamg - fake ores lyrics
- gannon_nc - what's goin on (full clip remix) lyrics
- phil carpal - ponify me lyrics
- kingdow - joelle lyrics
- the airbags - teenage fuck lyrics
- tywan bell - my form of flexin' (interlude) lyrics