azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

rüzgar - ilan lyrics

Loading...

[giriş]
bu nədir? mən haradayam?

[bənd 1]
zamanla tanınır hər kəs
tanınır ətrafın, tanınır dostun
gözüm iç üzünüz qədər açıldı
hamınızı tanıdım və həyatımdan pozdum

bir az tonu ağ rəngə yaxın elə
onsuz da, həyatımız başdan+ayağa bozdur
ya adi toz kimidir şərəfiniz
silinir, ya da pula satılan ağ tozdur

toz dolar gözə, göz görməsə də
rüzgar yaxşını pisdən ayıracaq biridir
vaxt var idi ki, dizim palçıqda idi mənim
amma gördüz, sübut elədim, o palçıq müalicəvidir

tanrım, sıxıldım bu dünyadan, kömək elə
mənim üçün ayrıca bir dairə çək, gedim uzaqlara
hamı unudar, öz ailəmizdən başqa
kimdir bizi axtaran?

çox vaxtı öz+özümə danışıram
rüzgar, heç kimə güvənmə, heç kimə inanma
hər kəsin içində hər an kin qusacaq
özü boyda acımasız, zəhərli ilan var
çoxu soruşur: ‘’necəsən? darıxmışam’’
‘’dünən yuxuda görmüşəm səni’’
bir anlıq düşündüm və dedim, + ‘’yaxşıyam’’, – yalandan
əslində çox yorğun olduğumu bilən var?

təzə məqsəd, ‘’sərt əsinti 3’’
fikir, əsəb, qəzəb, bəzən baş ağrıları
biz nə zirvələr gördük, amma şükür allaha
nə unutduq keçmişi, nə də ki aşağıları
özünə qapanma, dost, qara buludlara qarşı
yandır ümidlərini, burax göyə uçsun ağ şarlar
mənim uşaqlarım, maşallah, həyat gözəldir

[keçid]
dedim, inanmadılar
niyə?
nə bilim, məncə, bunları onların özlərindən
soruşmaq lazımdır, bəlkə… bəlkə sən soruşasan?
cəhd eləyərəm
məncə, alınacaq

[bənd 2]
axır vaxtlar, görəsən, niyə hamı məni axtarır?
onlara mən yox, mənim işim maraqlı, nə vaxtandır
sizi daha yaxın buraxmıram
keçmişi silmişəm, geriyə baxmıram
səsim, neçə ildir, ‘’azrap’’dən uzaq qalıb
vaxt dolur, 27 yaş, ağarır saqqalım
vaxt olub, çoxu məni yarı yolda qoyub
vurub kürəkdən, ölmədim, sağ qaldım

həyatım major, minor, qarışıq, ağ+qara
seçilib bəstələnər, dinlənər və ad qalar
keçmişi silə bilmək üçün ola ağ+qaran
daş topuğa dəyər atılanda arxadan

biz bizi bilirik və sona qədər birlikdəyik
rüzgar, 2 əsgər ordunuza qarşı çiyin+çiyinə
onlara bir fürsət düşsə, əmin ol ki
hamı gözünü qırpmadan bir olar, bizi çiy çeynər

yenə məni fikir götürüb, onlar istəyir nə bizdən
hələ bu nə ki? nələr görəcəksən clavisdən
repim qan kimidir, girir beyinə, çıxır nəbzdən
hər bizdən çıxan rep həbs edir səni ‘’track list’’ə

sən, mən bir olduqca qalxacaq hər səhnə
‘’saints’’ mənim həyatıma açılan yeni bir səhifə
əsəblər tarıma çəkilir çoxaldıqca zənglər
bəs məndən zəhləniz gedirdi? uzaq durun, bir zəhmət

indi bildiz, hamı nəyə görə məni axtarır?
onlara mən yox, mənim işim maraqlıdır, nə vaxtandır
ona görə sizi daha yaxın buraxmıram
hamınızı silmişəm geriyə baxmadan
indi səsim əvvəlkindən fərqli çatır ən uzağa
indi mənə yaxın olmaq istəyənə mən uzağam
çoxu səni yarı yolda qoysa da, tək bacardın
ehtiyac yox izaha, onlar mənə əl uzadır

[keçid]
bütün əsəblərimi tökdüm
alınmadı?
onda mən gedirəm
hara?
nəqərata

[nəqərat]
bu nə qəribə gecədir?
sizi başa düşmək çətin
girməliyəm neçə rola?
öyrənməliyəm neçə dil?

[çıxış]
hey, ‘’azrap’’, bu dalğanı gətirdik sizin üçün, yellənin
‘’saint, street saints’’ dağıdır səhnəni
geri döndü, qaldırın əlləri



Random Lyrics

HOT LYRICS

Loading...