
şəki - gülyaz məmmədova & gülyanaq məmmədova lyrics lyrics
[bənd 1]
şəkinin seyrinə çıx, gör necə aləmdir şəki
öz gözünlə bu gözəllikləri gördün elə ki
təsvir eylə bu gözəl torpağı bir rəsm əsəri
dağı bir rəsm əsəri, yaylağı bir rəsm əsəri
dərdə dərman havası, cazibədar mənzərəsi
təbiət bəxş eyləyən töhfədir bunlar hərəsi
tanrının lütfüdür, yəqin ki, çəkib rəsmi belə
buranı yad eləyərkən çəkilib ismi belə
nə gözəldir bu diyar
belə el harada var?
saxlayır gözəlliyi
yay, payız, qış, bahar
ən gözəl nəğməsidir
sözüdür yurdumun
ona tərif nə gərək?!
gözüdür yurdumun
[nəqərat]
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
[bənd 2]
kim görübdür: “şəki cənnətdir”,+deyib, düzünü deyib
şəki hər sahədə hər barədə öz sözünü deyib
çox qədim abidələr var şəkidə, yoxdur tayı
yadigardır gələcək nəslə qədim xan sarayı
təbibi, bəstəkarı, şair var, alimi var
saya gəlməz, nə qədər incəsənət xadimi var
çox igidlər, çox ərənlər, çox oğullar yetirib
o oğullar ki, azərbaycana şöhrət gətirib
tarixlərə iz salıb igid övladları
şəkinin adıyla bir yaşayır adları
[keçid]
bir nəğmə qoşmadım hələ mən sənə
dağlar bunu mənə çətin sanmasın
mən dedim: “vurğunam azərbaycana”
deyirəm, heç zaman parçalanmasın
[bənd 3]
vətən uğrunda verib neçə qurban şəki
səni candan da əziz bilirik, can şəki
[nəqərat]
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
[keçid]
könlümdən ucalan bu avaz, bu səs
böyükdür, ucadır məsləyim mənim
bala anasına: “sevirəm”,+deməz
bala anasına: “sevirəm”,+deməz
mən də deməmişəm, a şəkim mənim
şəkim mənim
[nəqərat]
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
şəki cənnət məkanım, şəki canım mənim
başına mən dolanım, mehribanım mənim
Random Lyrics
- desperation baby - caroline rose lyrics lyrics
- actually u have a boyfriend - лил мартышка (lil martyshka) & asymmetrycharm lyrics lyrics
- it's time - nourished by time lyrics lyrics
- p0rnhyb - spermaqueen lyrics lyrics
- takeover - modern nature lyrics lyrics
- rien fait de mal - mougli lyrics lyrics
- my effigy - annisokay lyrics lyrics
- (cold water freestyle) - eden lyrics lyrics
- stanza 101 - tikkiz shelby lyrics lyrics
- saint agnes - will hoge lyrics lyrics