azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

səyyad əlizadə - dünya gözəl dünyadır lyrics

Loading...

[bənd 1]
yenə gördüm gördüyümüz dağları
nəfəsindən əriyirdi dağ qarı
yenə gördüm gördüyümüz dağları
nəfəsindən əriyirdi dağ qarı

yenə elə durnaların qatarı, qatarı, qatarı
yenə elə durnaların qatarı, qatarı, qatarı

[nəqərat]
yenə elə dərə, düzən, düzən dünyadır
oy, dünya gözəl, dünya gözəl, gözəl dünyadır
yenə elə dərə, düzən, düzən dünyadır
dünya gözəl, dünya gözəl, gözəl dünyadır

[keçid]
gündüzündən çiçəklənər duyğumuz
gecəsindən gülablanar yuxumuz
gündüzündən çiçəklənər duyğumuz
gecəsindən gülablanar yuxumuz

oyunumuz, inadımız, uyqumuz
oyunumuz, inadımız, uyqumuz

[nəqərat]
ömrümüzdən bir gül üzən, üzən dünyadır
ay, dünya gözəl, dünya gözəl, gözəl dünyadır
ömrümüzdən bir gül üzən, üzən dünyadır
dünya gözəl, dünya gözəl, gözəl dünyadır
[bənd 2]
baxışında üfüqlərin baharı
gülüşündə çaylarının axarı
baxışında üfüqlərin baharı
gülüşündə çaylarının axarı

əllərində işığının açarı, açarı, açarı
əllərində işığının açarı, açarı, açarı

[nəqərat]
kimə gülzar, kimə xəzəl, xəzəl dünyadır
oy, dünya gözəl, dünya gözəl, gözəl dünyadır
kimə gülzar, kimə xəzəl, xəzəl dünyadır
dünya gözəl, dünya gözəl, gözəl dünyadır

[keçid]
gündüzündən çiçəklənər duyğumuz
gecəsindən gülablanar yuxumuz
gündüzündən çiçəklənər duyğumuz
gecəsindən gülablanar yuxumuz

oyunumuz, inadımız, uyqumuz
oyunumuz, inadımız, uyqumuz

[nəqərat]
ömrümüzdən bir gül üzən, üzən dünyadır
dünya gözəl, dünya gözəl, gözəl dünyadır
ömrümüzdən bir gül üzən, üzən dünyadır
ay, dünya gözəl, dünya gözəl, gözəl dünyadır
ömrümüzdən bir gül üzən, üzən dünyadır
dünya gözəl, dünya gözəl, gözəl dünyadır
ömrümüzdən bir gül üzən, üzən dünyadır
ay, dünya gözəl, dünya gözəl, gözəl dünyadır



Random Lyrics

HOT LYRICS

Loading...