sabbat [az] - dünən lyrics
[bənd 1]
həyat bəzi yerlərində səhvə yol verilən əzbərimdir
otur, əzbərlə indi
mənim yolum uzun, mənim yolum ağır
səninsə dizlərinin yorğunluğu gəzməkdəndir
insan sadəcə şeytanın bəhanəsidir
bütün bu üsyankarlığın hamısı bezməkdəndir
görəsən, həyatımı hansı qərarlar dəyişdi?
qəsdən, ya təsadüfən qarışqaları əzməyimmi?
ya dərs vaxtlarında tüfeyli gəzməyimmi?
tələsməyim, bəlkə səbəb bu qədər tez gəlməyindir
axı dərdin nədir? bir az qəribədir
bir+birimizi bədbəxt etmək üçün heç vaxt ərinmədik
həyatı dolu yaşaya bilməyənlər qəbirdədir
bir vaxt üzdə olan ümidlərimiz dərindədir
özünü itirmədən hərdən küs, hərdən barış
unutma bunu, saatın əqrəbindən möhkəm yapış
[bənd 2]
ölüm ən yaxşı bildiyin mahnıda olmaqdır ‘’detune’’
həyat taksofon zəngi və var səndə bircə jeton
vüsal şərabı aşiqlər üçün məsxərədir
məcnunun vüsal sevinci ruhunu rəst elədi?
heç kim heç vaxt bilməyəcək bu mahnı kimi vəsf elədi
ki, tanrı sevgi versə də, insana bəs eləmir
gözünü açmamış ağlayırsan, qoy həyat başlasın da bir
sənin qızın başqasında, deyim
amma xəyalların başqasında deyil
mənim xəyallarım gerçək olub başqasında, bil
başqasında film
Random Lyrics
- fats'e - secrets lyrics
- travis denning - add her to the list lyrics
- shitnoise - x-ray phantom lyrics
- grupo arte campeira - juntemo beiço com beiço lyrics
- serrano - változás lyrics
- cardinia road - zombie! lyrics
- das beat - last laugh lyrics
- short skirts - i don’t care lyrics
- key vhani - don't act up lyrics
- jbs (deu) - adrenalin lyrics