sabbat [az] - necə edim lyrics
[bənd 1]
necə edim, qorxmadığım yerə doğru qorxmadan qaçım?
necə eləyim ki, doğmalarımın ağarmasın saçı?
necə edim, rahibin xaçı, şahın olmasın tacı?
necə edim, sonsuzadək dönsün ömür sayğacı?
necə edim, əvvəl hisslər, sonra insanlıq ölməsin?
necə edim, bu qədər müsibəti körpələr görməsin?
necə edim, soyuq simalar olmasın metrolarda?
necə edim, insanlar yaşamasın ‘’ghetto’’larda?
necə edim, insanların yüzdə biri olsun qüsursuz?
necə edim, təzadlar qurum, olsa belə uyğunsuz?
necə edim, üzümüz təkcə gülməsin şək!llərdə?
necə edim, xoşbəxtliyimiz ölməsin şək!llərlə?
necə edim, qəm dayanmasın yolumun ta o başında?
necə edim, sevincim asılı olmasın başqalarından?
necə eləyim ki, tanrının keçməsin işi məndən?
necə eləyim ki, qadınlar qorxmasın kişilərdən?
necə edim, əzaba dözək, olaq xoşniyyətli?
necə edim, özgə diyarda axtarmayaq xoşbəxtliyi?
nеcə edim, cəzadan qorxub olmayaq yaxşı insan?
axı məqsədə gedən yolda məqsəd qalır, dəyişir insan
[çıxış]
necə еdim ki, insan şəri bizə toxunmasın?
necə edim, deməsinlər evdə, qızımız oxumasın?
necə edim, qürubda olsaq belə, parlayaq, sönməyək?
necə edim, nifrət etdiyimiz adamlara dönməyək?
Random Lyrics
- via (elvira brito e faro) - braço de ferro lyrics
- vraimentriche - j'étais cassé lyrics
- nekonooke - tán sắc lyrics
- durbin - hallows lyrics
- nadson o ferinha - camas antecedentes lyrics
- wishy - love on the outside lyrics
- farruko - espíritu guerrero (demo) lyrics
- diante do trono - ainda existe uma cruz (ao vivo) [2007] lyrics
- liam starica - butterfly wings lyrics
- duquesa - voo 1360 lyrics