safa eldar - balam lyrics
[bənd 1]
mənim səninlə keçən günlərin
gələcəyin heç bir gününə dəyişmərəm (dəyişmərəm)
bu qarşılıqsız olan saf sevgim
sübut istəsən, lap adımı dəyişərəm (dəyişərəm)
qaranlıqların şəhərindəyəm
sənin sevginsə bitməyən sonsuz işıqdır
bu işığın mən əbədi əsiriyəm
sənsiz hər şeyim işıqsız və qaranlıqdır
dur, bitdi hər şey, artıq məndən qaçış yoxdur
bax gözlərimə, orda deyiləsi sözlər çoxdur
sus, heç danışmayaq, növbədə artıq dodaqlardır
ard+arda, gözəl dəqiqələrlə dolu, çoxlu səhifələr qabaqdadır
[nəqərat]
balam, bir az yaxın gəl mənə
balam, dola əlini belimə
balam, ehtiyacım var sənə
sənsiz yaşaya bilmərəm, nəfəsimsən sən demə
balam, bir az yaxın gəl mənə
balam, dola əlini belimə
balam, ehtiyacım var sənə
sənsiz yaşaya bilmərəm, nəfəsimsən sən demə
[bənd 2]
gözlərinə baxaraq deyə bilərəm
mənim alın yazımsan, buna əminəm
bu dünyada sevgisiz hər şey yalandır
sənin sevginsə ucalardan da ucadır
səndən öncə mən yox idim, bilirəm
səndən sonra mən özümdə deyiləm
indi ancaq yarımçıq bir dəliyəm
sənin ətrinə ehtiyac duyuram əbədiyyən
[nəqərat]
balam, bir az yaxın gəl mənə
balam, dola əlini belimə
balam, ehtiyacım var sənə
sənsiz yaşaya bilmərəm, nəfəsimsən sən demə
balam, bir az yaxın gəl mənə
balam, dola əlini belimə
balam, ehtiyacım var sənə
sənsiz yaşaya bilmərəm, nəfəsimsən sən demə
Random Lyrics
- kriegbrah - stop making incelcore lyrics
- kera ioane - 3am lyrics
- drezden - давида олень (père david's deer) lyrics
- rdm gang - rdm gang x nado maxx - epahsaiubars lyrics
- greatdanetv - no cap lyrics
- grima - open the gates will return the only cold lyrics
- gst4r - silence at night kills me lyrics
- guap'd up zack - no talk lyrics
- n2 the talking cat - where my n2 gone lyrics
- aime lipa - ¿y si lo filtraron? lyrics