azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şahin əlizadə – adsız mahnı lyrics

Loading...

[bənd 1]
nə qədər söz olsa, söz nə qədər düz olsa
az gələcək sətirlərim gözlərinə baxmaqdan
nə qədər düz olsa, düz nə qədər iz qoysa
etiraz edə bilməyəcəm o ətrini qoxmaqdan

cızdım rəsmini, tanımamışdım ağlımda
sən bir şahzadə və ayağında çarıqlar var
girdin həyatıma və real oldun nağılımda
göz muncuqlarında dərin çat və qırıqlar var

dərinə toxundum və əridim, yox oldum
“mən ruhmu, insanmı!?” anlamadan yoluma davam
əlinə toxundum, parlaqlıq çox oldu
“sən ruhmu, insanmı!?” anlamadan yoluma davam

sən güclü, ən güclü otlardan, həblərdən
uça bilməz insan, yox, uça bilməz insan
xətrinə dəyəcək qədər kobud oluram mən hərdən
amma sən bu həyatımda tək keçə bilməzimsən

[nəqərat]
qanadlan!
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma!
səmadan…
dənizdən…
buluddan…
günəşdən…
qanadlan!
səni mənə gətirəcək bu qanadlar
uzaqdan…
ətrini küləyə ötür, dayanma!
səmadan…
dənizdən…
buluddan…
günəşdən…



Random Lyrics

HOT LYRICS

Loading...