sara qədimova - nə vaxta qaldı lyrics
[bənd 1]
gilənar qızardı, ağ tut sovuşdu
payını dərmədim, budaqda qaldı
hamı könül verib yara qovuşdu
bəs bizim toyumuz nə vaxta qaldı?
ay gözəl, nə vaxta qaldı?
bəs bizim toyumuz nə vaxta qaldı?
ay gözəl, nə vaxta qaldı?
[nəqərat]
qönçələr açılıb, gülür çəmən, düz
gülür çəmən, düz
hər axşam tarladan qayıdanda biz
qayıdanda biz
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcan tək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcantək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
[bənd 2]
göyləri ay gəzir, hava bürkülü
eyvanda durmuşam boynu bükülü
bəlkə eşqimizin sona bülbülü
uçub yol üstdəki qovaqda qaldı
ay gözəl, qovaqda qaldı
uçub yol üstdəki qovaqda qaldı
ay gözəl, qovaqda qaldı
[nəqərat]
qönçələr açılıb, gülür çəmən, düz
gülür çəmən, düz
hər axşam tarladan qayıdanda biz
qayıdanda biz
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcan tək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcantək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
[bənd 3]
əzəldən gözəldir boyun, qamətin
olsa da qəlbini ovlamaq çətin
gözəl qız, bil ki, bu saf məhəbbətin
ürəkdə yurd salıb dodaqda qaldı
ay gözəl, dodaqda qaldı
ürəkdə yurd salıb dodaqda qaldı
ay gözəl, dodaqda qaldı
[nəqərat]
qönçələr açılıb, gülür çəmən, düz
gülür çəmən, düz
hər axşam tarladan qayıdanda biz
qayıdanda biz
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcantək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
yoxsa, o sevirəm söylədiyin söz
düşərək mərcan tək bulaqda qaldı
ay gözəl, bulaqda qaldı
Random Lyrics
- deep green - paigey cakey lyrics
- the hatters - просто проваливай (just get away) lyrics
- willames siqueira - te amar, te amar lyrics
- m.a.e.m.d - breaking ur heart lyrics
- leo alkemade - ik heb aan jou genoeg lyrics
- kid crock - cicatrices lyrics
- mel & ardian bujupi - salla bir daha lyrics
- babybogema - помада (lipstick) lyrics
- dialogue+ - 1000万回ハグなんだ (issen mankai hug nanda) (「puzzle」live ver.) lyrics
- psychonaut 4 - so much for suicide lyrics