shamo mammadov - durna qatarı lyrics
[bənd 1]
durna qatarı, uçub gedərsiz
uzaq yerlərə səfər edərsiz
nə olar, aparın siz ora şikayətimi
bahar gələndə geri dönərsiz
sevgilimdən bir xəbər edərsiz
söylədizmi ona siz sevgi hekayətimi?
[keçid]
ayrılmaq, aman, necə yamandır!
sevgisiz həyat, gülüm, yamandır
dözmürəm artıq, qayıt, amandır
qayıt gəl, nə olar, haralarda qalmısan sən?
[nəqərat]
çağırıram, gəl, gəl mənim eşqimin son yadigarı
gəl, payız günümə gətir baharı
o uzaq yerlərdə qanad aç, uçub gəl, durnalarla gəl…
sənsiz günəşim sönüb, baxıram hey göyə
quşlar geriyə dönüb sənsiz bəs niyə?
eşqinlə alışıb hər gün şam kimi sönsəm
ölümlə barışaram mən, tək səni görsəm
tək səni görsəm…
[bənd 2]
bilmirəm, harada səni izləyim?
taqətim yoxdur daha gözləyim
de, necə göndərim mən sənə məhəbbətimi?
bir gün dünyadan köçüb getsəm də
xəyalından mən uçub itsəm də
durnalar gətirər bu sevgi hekayətini
[keçid]
ayrılmaq, aman, necə yamandır!
sevgisiz həyat, gülüm, yamandır
dözmürəm artıq, qayıt, amandır
qayıt gəl, nə olar, haralarda qalmısan sən?
[nəqərat]
çağırıram, gəl, gəl mənim eşqimin son yadigarı
gəl, payız günümə gətir baharı
o uzaq yerlərdə qanad aç, uçub gəl, durnalarla gəl…
sənsiz günəşim sönüb, baxıram hey göyə
quşlar geriyə dönüb sənsiz bəs niyə?
eşqinlə alışıb hər gün şam kimi sönsəm
ölümlə barışaram mən, tək səni görsəm
tək səni görsəm…
[çıxış]
durna qatarı, uçub gedərsiz
uzaq yerlərə səfər edərsiz
nə olar, nə olar, aparın siz ora şikayətimi
bahar gələndə geri dönərsiz
sevgilimdən mənə xəbər verərsiz
söylədizmi ona siz sevgi hekayətimi?
Random Lyrics
- runrummer - no one knows you better than me lyrics
- murksilenc3 & sa$hka - иллюзии (illusions) lyrics
- sunday best jazz - honey bun lyrics
- feo night - pico balla lyrics
- honey & shoby - love lyrics
- defiled embrace - dusk lyrics
- erbin black - tu valor real lyrics
- ciso - yota boy lyrics
- terry talbot - potter’s clay lyrics
- darby - it'll be fine lyrics