azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – axşam gəldi lyrics

Loading...

[bənd 1]
axşam gəldi, axşam gəldi
sevən könüllərə ilham gəldi
bu axşam aylı axşam
ulduzlu, aylı axşam

dəniz gözəl, səma gözəl
bu aləmi, gül, seyr eylə, gəl
gəl çıxaq sahilə səninlə, səninlə
sevdalı könlümü bir dinlə, bir dinlə
[nəqərat]
bir laləzar kimi dalğalanır göy xəzər
qağayılar kimi nəğmə deyir ləpələr, nəğmə deyir ləpələr
yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam
ah, bu nurlu axşam
ah, bu nurlu axşam

[bənd 2]
axşam gəldi, axşam gəldi
sevən könüllərə ilham gəldi
sevənlər görüşürlər, deyirlər, gülüşürlər

sahil gülür, xəzər gülür
baxıb vüsal dolu gözlər gülür
hicranlı duyğular uzaqda, uzaqda
gül açır arzular dodaqda, dodaqda

[nəqərat]
bir laləzar kimi dalğalanır göy xəzər
qağayılar kimi nəğmə deyir ləpələr, nəğmə deyir ləpələr
yerdə çiçəklər, göydə ulduzlar gülür bu axşam
ah, bu nurlu axşam
ah, bu nurlu axşam
ah, bu nurlu axşam
ah, bu nurlu axşam
ah, bu nurlu axşam



Random Lyrics

HOT LYRICS

Loading...