şövkət ələkbərova - bilsəm, sən gəlirsən lyrics
[bənd 1]
bilsəm, sən gəlirsən, inan, o gündən
gəldiyin yollara ləpələnərdim
bilsəm, sən gəlirsən, mən ulduz+ulduz
doğranıb yoluna səpələnərdim
[nəqərat]
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
[bənd 2]
bilsəm, sən gəlirsən, sənin vəsfinə
hələ deyilməmiş söz axtarardım
bilsəm ki, gəlirsən, inan, hüsnünə
baxmağa bir cüt də göz axtarardım
[nəqərat]
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
[bənd 3]
bilsəm, sən gəlirsən, hər istəyimi
səpərdim yollara ətək+ətək mən
gəldiyin yollara öz ürəyimi
açardım taybatay pəncərəmtək mən
[nəqərat]
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
yoxluğun dağ çəkir, yoxluğun dağ çəkir
mənə günbəgün
hər ağlı+qaralı, hər ağlı+qaralı
xatirən üçün
Random Lyrics
- pink velvet - soy muy rica (i’m so delicious) lyrics
 - sagath - сорвался с цепи (off the chain) lyrics
 - waggonkid - freestyle lyrics
 - casisdead - sarah connor lyrics
 - kabe x opiat - widok na morze lyrics
 - mark tuan - night still young lyrics
 - mxkini & xan$x - dark side iii lyrics
 - office hours - tesla lyrics
 - carpool tunnel - everything will change lyrics
 - idea of beauty - it's nothing to worry about lyrics