şövkət ələkbərova - mən sənin yanına qışda gəlirdim lyrics
[bənd 1]
mən sənin yanına qışda gəlirdim
çiçək axtarırdım, gəzdim hər yanı
çiçək axtarırdım, gəzdim hər yanı
hər tərəf bəyaz qar, gül+çiçək hanı?
tapıb bir dibçəkdən axır ki dərdim
tapıb bir dibçəkdən axır ki dərdim
[nəqərat]
sonra söylədim ki, baharda sənə
bir dəstə bağlaram yaz güllərindən
budur, yola salıb qarlı qışı mən
sənin görüşünə gəlmişəm yenə
gəlmişəm yenə sənin görüşünə, gəlmişəm yenə
gəlmişəm yenə sənin görüşünə, gəlmişəm yenə
[bənd 2]
dəstə bağlamadım, nəyə gərəkdir?
bax, odur, nərgizlə doludur ləklər
bax, odur, nərgizlə doludur ləklər
lalənin ətrini yayır küləklər
yasəmən, qızılgül ləçək+ləçəkdir
yasəmən, qızılgül ləçək+ləçəkdir
[nəqərat]
əzizim, onları qopartmaq olmaz
güllərə çöldə bax, dağ döşündə bax
onlardan mən soraq gətirdim
ancaq bir əlimdə bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
əzizim, onları qopartmaq olmaz
güllərə çöldə bax, dağ döşündə bax
onlardan mən soraq gətirdim
ancaq bir əlimdə bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Random Lyrics
- aviant - torture my soul ☯︎ 陷入困境的 lyrics
- nøx (dnk) - guldregn lyrics
- bayang barrios - naglalakbay lyrics
- hikmət aslanov - olarsanmı lyrics
- sumatazora - immigration! lyrics
- flamingosis - sleepytime lyrics
- kappaeesse - angeli e demoni lyrics
- prince trey - keep dissin' lyrics
- los doltons - la ventana lyrics
- swirf - overseas lyrics