![azlyrics.biz](https://azlyrics.biz/assets/logo.png)
şövkət ələkbərova - özünə qurban lyrics
[bənd 1]
demişdin, yaz gəlsin
yaz gəldi, ay qız
söyüdlər sulara kölgə də saldı
çiçəklər açıldı, göyərdi yarpız
verdiyin vədələr harada qaldı?
[nəqərat]
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, ax, yar
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, yar
[bənd 2]
yaz qurtardı artıq, dinmirsən nədən?
axı, söz vermişdin, əhdimiz var
dözə bilməyirəm, darıxıram mən
sevindir qəlbimi, ey gözəl yar
[nəqərat]
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, ax, yar
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, yar
[bənd 3]
verdiyin vədəyə əməl et barı
birləşsin arzumuz, ürəyimiz
payızda eyləyək toyumuzu biz
hiss et qəlbimdəki duyğuları
[nəqərat]
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, ax, yar
özünə qurbanam
sözünə qurbanam
gözünə qurbanam, yar
Random Lyrics
- super☆girls - 恋愛マニフェスト (renai manifesto) lyrics
- jake cornell - playing yourself lyrics
- verzayce - nymphs lyrics
- squid o'creek - dead flowers lyrics
- kellly - фотоплёнка (photographic film) lyrics
- tyler lyle - violet priest lyrics
- goldrinn - лицемерия (licemer) lyrics
- reapers shadow - denial lyrics
- rusina - pies i kot lyrics
- coton blanc & barzoon - cake lyrics