azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

şövkət ələkbərova – qızılgül lyrics

Loading...

1. bənd
oğlan:
keçən il gördüm səni
heyran eylədin məni
gözəl qız, al geyinib
gəl, ol anam gəlini
o nə xaldır yanağında?
o nə xaldır yanağında, yanağında, yanağında ay?
öldürmə qız məni
sevirəm səni
ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
mən necə sevdim, necə sevdim, necə sevdim, yar!

qız:
bilirəm ki, sevirsən
keçən ildən məni sən
lakin, mən sevməyirəm
onu da bilməlisən
bilməlisən, bilməlisən, hey
nəqərat:
oğlan:
qızların adətidir
sevdiyi oğlana naz eylər!
qız:
nə qədər naz eyləsə
oğlan aldadıb, yoldan eylər
oğlan:
sevgiyə naz nə gərəkdir?
qız:
sevgisiz naz ola bilməz!
oğlan:
sevgiyə naz nə gərəkdir?
qız:
sevgisiz naz ola bilməz!

2. bənd
oğlan:
yenə könlümün quşu
uçdu yar budağına
səni görçək, nəzərim
düşdü ağ buxağına
o nə xaldır yanağında?
o nə xaldır yanağında, yanağında, yanağında ay?
öldürmə qız məni
sevirəm səni
ah, necə sevdim, necə sevdim, necə sevdim, yar
mən necə sevdim, necə sevdim, necə sevdim, yar!
qız:
bilirəm ki, sevirsən
keçən ildən məni sən
lakin, mən nişanlıyam
əlini üzməlisən
üzməlisən, üzməlisən, hey!
nəqərat:
oğlan:
qızların adətidir
sevdiyi oğlana naz eylər!
qız:
nə qədər naz eyləsə
oğlan aldadıb, yoldan eylər
oğlan:
sevgiyə naz nə gərəkdir?
qız:
sevgisiz naz ola bilməz!
oğlan:
sevgiyə naz nə gərəkdir?
qız:
sevgisiz naz ola bilməz!



Random Lyrics

HOT LYRICS

Loading...