tacir şahmalıoğlu - şəhid anası lyrics
[bənd 1]
bir oğul böyütdün üstündə əsə+əsə
laylay dedin gecələr ömründən kəsə+kəsə
vətən əsgər çağırdı, tale, qismət bu isə
öpüb alnımdan dedi: ‘’get, ay evimin qalası’’
[keçid]
məktubu aldım o gün sevinib gülə+gülə
oxudum qara xəbəri onu sağ bilə+bilə
öpərək rəsmlərin gözdə yaş gilə+gilə
bildirmədən heç kəsə tutdu qəlbində yasın
tutdu qəlbində yasın…
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
xalq qərənfillə bəzər onun məzar daşını
onun məzar daşını…
[bənd 2]
‘’oğul, oğul’’ deyərək bu dərdə dözə+dözə
bu xəyallar içində o gəzir üzə+üzə
toyunda oynamadın sən onun süzə+süzə
qəbri üstündə, aşıq, çal ayrılıq havasın
[keçid]
torpaq oğul istədi, sən verdin, ay ana
ağlamazlar şəhidi, ağlama yana+yana
indi mübariz adı çevrilibdir dastana
üçrəngli bayrağımız onun bəylik libası
üçrəngli bayrağımız onun bəylik libası
[nəqərat]
vətən yolunda şəhid olub onun balası
mərd oğlun mərd anası, gəlir şəhid anası
dikmə gözlərini yerə, ana, qaldır başını
qalx, qərənfillə bəzə onun məzar daşını
onun məzar daşını…
[çıxış]
milli qəhrəman deyir bütün el sənə
bu ad fəxr gətirdi, ay oğul, mənə
əsgərlər də and içib, söyləyib dönə+dönə
biz ilhamla alarıq düşməndən qan qisasını
biz ilhamla alarıq düşməndən qan qisasını
Random Lyrics
- lady zamar - deeper lyrics
- madk1d - я пишу тебе сорян (snippet 13.02.2024)* lyrics
- filow - nba 2k* lyrics
- candy butchers - i will not be afraid lyrics
- to-ma (rus) - лишь крыло (just a wing) lyrics
- saya gray - aa bouquet for your 180 face lyrics
- yul2 (율) - paranoid lyrics
- beautifuldeath - poyas lyrics
- manuel rosello - city of tears lyrics
- mile kitić - nokaut lyrics