azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

taley - yanır gecəm lyrics

Loading...

[nəqərat]
yanır gecəm, sönmür işıqlar
könlüm dolub, sevda alışar
həsrət içində qəlbim danışar
dərd məni bürüyər, hər yan alışar

[bənd 1]
açıram pəncərəni, külək toxunur üzümə
bu soyuq qış gecəsi dondurur içimi yenə
bu yağan qar sanki dərdimə bir cavabdır
unutmaq çətindir, hər an ürəyim ağrıdır

söykənmişəm divara, soyuq bürüyür məni
bu şəhər susur, amma qışqırır içimdə sənin səsi
insanlara küsüb, özümə çəkilmişəm
nə sevgi qalıb, nə də ümid, itmişəm

[nəqərat]
yanır gecəm, sönmür işıqlar
könlüm dolub, sevda alışar
həsrət içində qəlbim danışar
dərd məni bürüyər, hər yan alışar

[bənd 2]
hər sətirdə sənin adını yazıram
bu dərdi qəlbimə yazıb, sənlə paylaşıram
mənə çay süz, bəxtim kimi tünd olsun
bir baxışınla dünya mənim üçün dursun
sənsiz köhnə ilin son gecəsini qeyd edirəm
amma içimdə qışın sərt soyuğunu hiss edirəm
içimdə donub qalmış köhnə kədərli hisslərim
sən olmadan həyat mənə dar sanki, ey ürəyim

[keçid]
ay çıxıb, məni səsləyir
qəlbimdə bir yaranı yenə gizləyir
səni düşündükcə gecə bitmir
bu sevda məni yandırır, getmir

[nəqərat]
yanır gecəm, sönmür işıqlar
könlüm dolub, sevda alışar
həsrət içində qəlbim danışar
dərd məni bürüyər, hər yan alışar



Random Lyrics

HOT LYRICS

Loading...