talıb tale - incidim dünyadan lyrics
[bənd 1]
bir zaman qoynunda ağlayardım
indi yoxluğunla ağlar qaldım
can deyib halıma sən yanırdın
indi gedişinlə yanır bağrım
[bənd 2]
soz sözüm dilimdə dondu qaldı
aciz baxışın üzümdə qaldı
ayrılmaq istəmirdin sən bizdən
zalım ölüm canın gücdən aldı
[bənd 3]
ağladır dərd məni boğur qəhər
ümüdli yolları kəsdi kədər
kim çəkər qayğımı sənin qədər
şirin ömrüm zəhər oldu zəhər
[nəqarət]
incidim dünyanın taleyindən
əl çəkdim canımdan hər şeyimdən
düşməmiş qara saclarıma dən
tanrım səni aldı əllərimdən
[bənd 4]
bilmədim qiymətin sağlığında
nə xoşbəxt imişəm sağlığında
anıram hər nəfəs aldığımda
bezdim dünyadan cavanlığımda
[bənd 5]
yox məni yaşadan bir təsəllin
sanki kimsəsizəm qaldım yetim
kaş xəbərsiz ətərsiz öləydin
sənin bu halanı görməyəydim
[bənd 6]
soyuyur əl ayağım hərarətim yox
büküldüm həminki qamətim yox
baxmağa rəsminə cəsarətim yox
üzgünəm solğunam taqətim yox
[nəqarət]
incidim dünyanın taleyindən
əl çəkdim canımdan hər şeyimdən
düşməmiş qara saclarıma dən
tanrım səni aldı əllərimdən
Random Lyrics
- johnny 215 - not chasin just talkin lyrics
- tut-1026 - fly lyrics
- marvonny - itz okay lyrics
- サザンオールスターズ (southern all stars) - five rock show lyrics
- boondox - vigilante lyrics
- animazar - december snippets 2 lyrics
- pacho diño - amy berry 2 lyrics
- desade - harašment / kmkt remix lyrics
- ky bailey - imagination lyrics
- star kids cast - not my fault lyrics