azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

talıb tale - məna lyrics

Loading...

bənd 1

dedilər ki, məndən yaman incimisən
məndən söz düşüncə adın çəkməyin demisən
özünü toxtayıb qürurla gülmüsən
amma göz yaşını gizlədə bilməmisən
necəsən sevgilim, dərdinlə mənsiz?
mən isə savaşıram həsrətinlə sənsiz
soruşurlar bizdən ayrıldınızmı siz?
göz yaşları olmur səbəbsiz nədəndir?
unutdum bir ara, sandın sonu bura
günlərim al+əlvan, olsa da qanım qara
dərdin qəlbimə yük, məni yora+yora
bu gedişin sonu bilmirəm gedir hara

nəqarət

acılarınla, şirinlərinlə
həyatıma düşən dərin izlərinlə
gəncliyimə elə bir məna qoydun
mən əsil sevgini yaşadım səninlə

bənd 2

dedilər ki, mənsiz xoş keçir günlərin
dəlicə şənsən amma gülür gözlərin
mən xəstə haldayam, varmı heç xəbərin?
bu sevgimiz niyə oldu ki, belə dərin
o keçmiş günlərin ləzzəti bir xəta
necə küskün qoyub indi bizi həyata?
hər günüm fikirli gecə bilməm yata
kefsiz kefimdəyəm başımı qata+qata
unutdum bir ara, sandın sonu bura
günlərim al+əlvan, olsa da qanım qara
dərdin qəlbimə yük, məni yora+yora
bu gedişin sonu bilmirəm gedir hara
nəqarət

acılarınla, şirinlərinlə
həyatıma düşən dərin izlərinlə
gəncliyimə elə bir məna qoydun
mən əsil sevgini yaşadım səninlə



Random Lyrics

HOT LYRICS

Loading...