teymur əmrah - gecələr bulaq başı lyrics
[bənd 1]
sakit axan gecələr bulaq nələr danışır?
elə bil ki nağıllar, əfsanələr danışır
elə bil ki nağıllar, əfsanələr danışır
sirlərlə doludur gecələr bulaq başı
onun zümzüməsidir gecələrin sirdaşı, gecələrin sirdaşı
sirlərlə doludur gecələr bulaq başı
onun zümzüməsidir gecələrin sirdaşı, gecələrin sirdaşı
[bənd 2]
nə deyir laylasında pıçıltıyla axan su?
o, keçmişin naləsi, gələcəyin sirrini
o, keçmişin naləsi, gələcəyin sirrini
bulaq nə deyir, görən, hey axdıqca şırhaşır?
gündüz gördüklərini gecəyəmi danışır, gecəyəmi danışır?
bulaq nə deyir, görən, hey axdıqca şırhaşır?
gündüz gördüklərini gecəyəmi danışır, gecəyəmi danışır?
[bənd 3]
səpələnib toz kimi, şırıltıyla axan su
neyçün pozur gecənin o dərin sükutunu?
neyçün pozur gecənin o dərin sükutunu?
bəzən aylı süd kimi, bəzən qara gecələr
həzin laylamı çalır yatanlara gecələr, yatanlara gecələr?
bəzən aylı süd kimi, bəzən qara gecələr
həzin laylamı çalır yatanlara gecələr, yatanlara gecələr?
yatanlara gecələr, yatanlara gecələr
Random Lyrics
- evencry - скулкор lyrics
- imagine killing dragons - burning through the darkest night lyrics
- forró hits - eu, você e minha namorada lyrics
- iskrennevash - vinted method lyrics
- me2sad - лоразепам lyrics
- yn jay & louie ray - new car music lyrics
- alexandre pires - estrela cadente (ao vivo) lyrics
- song a day - the disaster we call home lyrics
- touchie - bésame ámame lyrics
- pause for the cause - 87th dad lyrics