azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km - atacan lyrics

Loading...

[bənd 1] [dn jo]
ailə qurulmurdu sinənə döyüb fəxr eləməklə
mən ilham alırdım mənimlə fəxr eləməndən
hər adamın oğlu şair ola bilmir, ata
qulaq as və fəxr elə mənlə

həyat savaşında sənin kimi battal olmalı idim
bərk vurmaq üçün bir az qəddar olmalı idim
ata, bacarmadım, bağışla, incitdim səni
axı ən böyük arzum kapitan olmaq idi

məktəbdə bəyənmirdin qiymətlərimi
çünki tərs idim, yazmırdı qiymət müəllim
deyirlər, itirəndə qədrini bilərsən
mən sənə sağlığında qiymət verdim

“başı dik gəz” deyirdi, məni yoxlayırdı
gördüyümü görsən, həyatda yox idin
“брат”, çox vurdular, amma yıxılmadım
çünki repin yox, cəmilin oğlu idim

[nəqərat] [tier]
hamımız bu gün varıq, səhərə yox
gözüm yaşarır sən yaşa dolanda
övlad qayğısı nədir, mən hələ yox
başa düşəcəm mən ata olanda
hamımız bu gün varıq, səhərə yox
gözüm yaşarır sən yaşa dolanda
övlad qayğısı nədir, mən hələ yox
başa düşəcəm mən ata olanda

[bənd 2] [tibu]
fırlanır təsbeh kobud əldə
mənim dərdimdən damarlar çöldə
problemim olur, kimdənsə borc alır
böyümək istəmirəm, böyüdükcə atam qocalır

deyinir hər gün, belə baxanda da
yenə də bilirəm, nə olsa da, arxamdadır
repimi qəbul edə bilmir
amma mən evə gəlməmiş çörək yeyə bilmir

məni bağışla, ata (bağışla)
ya gec gəlirəm, ya da tapılmıram evdə
məni bağışla, ata (ata, bağışla)
sənə zəng edirəm ancaq problemdən problemə

arada yığ mənə, yada sal
ləzzət edir tutanda mənlə hal+əhval
amma bu hisslər batıb ağlıma
atam içən olsa da, içməyib sağlığıma
eybi yox, gedibsə, dönər
yatıram, soyuqdur, gəlib üstümü örtər
ilk dəfə heç nədən tutulanda
gözlərim dolmuşdu atamın gözü dolanda

[nəqərat] [tefo]
hamımız bu gün varıq, səhərə yox
gözüm yaşarır sən yaşa dolanda
övlad qayğısı nədir, mən hələ yox
başa düşəcəm mən ata olanda

hamımız bu gün varıq, səhərə yox
gözüm yaşarır sən yaşa dolanda
övlad qayğısı nədir, mən hələ yox
başa düşəcəm mən ata olanda



Random Lyrics

HOT LYRICS

Loading...