tibu km - gecə rahat yat lyrics
[bənd 1] [tibu]
mən yenə yarpaqları quruduram
sənə zəng etməyi də unuduram
sakit… çiynimdə yatmısan
sən axı məndə nə tapmısan?
soyuqdur, günəş elə bil küləkdir
səhər öpüş yerinə məndə öskürəkdir
və ömrümə deyəsən qalıb az
narahatam, can, evə çatanda yaz
o danışmır, inciyir, susur
amma səhər evdən çıxanda arxamca səpir su
biz fərqli zər kimiyik, əgər ömür nədir?
o “pənci+sə”dir, mən “cahar+du”
mənə dözməyi inanılmazdır
maraqsızıq, gərək bizdə alınmazdı
əgər anxel biz haqda yazsa roman
o roman satılmaz
[nəqərat] [tibu, tefo]
gecə rahat yat, gecə rahat yat
gecə görməsəm də, səhər görəcəm səni
gecə rahat yat, gecə rahat yat
səhər dönməsəm də, gecə dönəcəm yəqin
gecə rahat yat, gecə rahat yat
gecə görməsəm də, səhər görəcəm səni
gecə rahat yat, gecə rahat yat
səhər dönməsəm də, gecə dönəcəm yəqin
[bənd 2] [tefo]
sən yenə yarpaqlarımı gizlədirsən
görüş yerində məni gözlədirsən
heç kəs bilməsin…
bədənə döymə iynəsi girəndə hirslənirsən
mənim hisslərimsə ağılsız, axmaq
sən istəyirsən dəniz mənzərəli bağ
dediklərin hamısı mənim də xəyalımdır
şükür elə, gecə evə çatıram sağ
aç pəncərəni, çatışmır hava
yağış yağır, bezir tavan
vərəqlərimi masadan yığmışdı
deyirdi “yat, səhər edərsən davam”
düşümə itirmişəm yaddaşımı
qeyd etməliydik sənin 20 yaşını
yeməklər soyumamış mən gəlməliydim
polislər almasaydılar qarşımı
[nəqərat] [tibu, tefo]
gecə rahat yat, gecə rahat yat
gecə görməsəm də, səhər görəcəm səni
gecə rahat yat, gecə rahat yat
səhər dönməsəm də, gecə dönəcəm yəqin
gecə rahat yat, gecə rahat yat
gecə görməsəm də, səhər görəcəm səni
gecə rahat yat, gecə rahat yat
səhər dönməsəm də, gecə dönəcəm yəqin
Random Lyrics
- shy - lessgo lyrics
- png boys - kolęda lyrics
- dominic ferrini - synthesized reprise lyrics
- tj pallad - nowolipki remix lyrics
- basim - jeg er en cykelmyg lyrics
- sandrine - how hard lyrics
- uzi (gab3 & mik3) - all the time lyrics
- kojo rain - asomdwe lyrics
- e-phoenix - what is love lyrics
- paper lions - queen charlotte of the hyenas lyrics