azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km – küçə romantikası lyrics

Loading...

[bənd 1] [tibu]
sevgi adlı zaman var
hər qızda bir qəhrəman var
gəl çəkək az+maz, bir az gülək
sol tərəf ürək, sağ cibimdə dərman var

təkəm, ətrafda qız çox olsa da
ətrini hiss edirəm, burnum tutulsa da
susur o, bir az danışsaydı…
nömrəmi dəyişdim, o biri axtarışdaydı

onda var həyat, gözlərini görsəm
mən onunçün mp3, adi bəstəyəm
hər trekdən bir, hər “verse”dən “verse”ə
səsimdən hiss etmək olur ki, xəstəyəm

uşaqlar gətirsə iki “karopka” “padqon”
söz verirəm, sən haqda yazacam albom
hələlik vecsiz, kayfdan yerdəyik
gəzdiyimiz qızlar, kirayə evlərdəyik

sən çox da üzülmə
yaş axmasın üzünə
əgər yazmadım bu gün, ya sabah
deməli xətrimə dəymisən dünən
[nəqərat] [tefo]
onu məndən soruşma
bunu məndən soruşma
indi hardayam, ya da neynirəm
bunu məndən soruşma

onu məndən soruşma
bunu məndən soruşma
indi hardayam, ya da neynirəm
bunu məndən soruşma

[bənd 2] [tefo]
çəkdikcə ziyan
ürəyim sancır, “oyan…”
utanma, bax gözlərimə
bilirəm, bezmisən məni görməkdən “piyan”

sən dedikcə “tərgiz”
sol cibdə üzük, sağda “kent 8”
görüş zamanı qırmızı gözlərim
qorxurdun gələndə polis səsləri

hamıya maraqlıdır kimə bu sözlər?
o yatanda da olur gözəl
yataq otağı, səhər yeməyi
çılpaq bədəninə yaraşır uzun köynəyim
gecə fikirə dalmaq
bu yaşayış deyil, vallah
dünən sənlə idim, yoxamsa bu gün
mütləq yazaram sabah

[nəqərat] [tefo]
onu məndən soruşma
bunu məndən soruşma
indi hardayam, ya da neynirəm
bunu məndən soruşma

onu məndən soruşma
bunu məndən soruşma
indi hardayam, ya da neynirəm
bunu məndən soruşma



Random Lyrics

HOT LYRICS

Loading...