azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tibu km - rəvayət lyrics

Loading...

[bənd]
bu ya qürur sınır, çökür, ya aramızda sərhətmi
şək!llərinə gecə baxdım, itirmişdin mərifətini
arada maşınla biz, neftçilərdən əhmədli
uşaqlar, bax burda qalır qəlbimdəki rəhmətlik

sür gedək, gözlər birdən görər kimisə
içkisiz əfəl kimisən, içəndə dərd kimisən
dəyişkən obrazın var, fırlanan zər kimisən
de görüm məni unutmaq üçün neçələrinə “hə” demisən?

yadımdasan, toxundum bədəninə, əsdi duman
mənim avara həyatım sənə sui+qəsdi qurar
və onun gözləri axır, qışqırır + bəsdir, qurtar!
mənim də gözlərim axır, amma ki, məsti xumar

hıçqırdım bərkdən
yuxuma girdikcə bu qız yadıma düşdü məktəb
səni və səndən qabaqkıları bu gün qoydum fərqə
gözəl gözlərin var idi sənin, nəşə rəngdə

illuziyadır, belə şeylərin də olmur axrı
inciyib getmək məndən bu qızın ustalığı
fikirləşmişəm bu gün biz səninlə harda qalaq?
yaxşısı ayrı qalaq…
bu nə qısa geyim? üzünə də çox əl qatıbsan
sus! danışdıqca batırsan
mən ona şeir yazıram, bu it qızı baxır, gülür
yarı sağam gülmə, yəni yarı ölü

ürəymin dənizində can verir, boğulur adın
ağlayaraq şək!llərimi cıran qadın
mənim təravətimi satdın ucuz əmanətə
üzümə baxıb yalandan danışırdı bədahətən

soyuyur hava…
dözmək olmur biləndə ki, toyudur sabah
mən onu xəyali isti geyindirdiyim zaman
o isə ilk gecəsində soyunur tamam

isti yataqda boşalır sevgi
sevib evlənib, sonra boşanır sevgi
ayrılıq, demək boşadır sevgi
mən cavanlığımı həsr etdim, mənsiz qocaldı sevgi

[nəqərat]
qoy talelərdə bizi ayırsınlar
səni izləyirəm mən ürəyimin aynasından
sən fərqli idin təkcə ayrısından
və qal mənsiz indi bu hisslərin qayğısına
qoy talelərdə bizi ayırsınlar
səni izləyirəm mən ürəyimin aynasından
sən fərqli idin təkcə ayrısından
və qal mənsiz indi bu hisslərin qayğısına



Random Lyrics

HOT LYRICS

Loading...