tibu km - şəxsi lyrics
bu mənim ən şəxsi trekimdir
[bənd]
mən sənin qəsdən xətrinə dəymədim
bu qəsti qərəzlik xətrə ortaq
heç bir insanın qüruruma əymədim
tanıdığım vəhşilər gözü qorxaq
səliqəyə düzdü foto albomları
səliqəyə düşmədi heç bir otaq
rəssama dedilər dostluğu çək
rəssam çəkdi qar, bir də dağ
yaxşını pisdən ayıra bilmədim
yaxşını pislə səhv salmışdım
düz 3 ildən çox ayrıla bilmədim
düz içimdə çox bərk batmışdım
içimdəki həvəs ayıla bilmədi
içimdəki həvəs bərk yatmışdı
getdiyim yolları qayıda bilmədim
qayıdan başı mən tək qalmışdım
başımın ağrısı ürəklə eyni
üstünə kapyuşon geyinirdim mən
bu günümün əməli dünənlə eyni
10 il əvvəl belə eyni idim mən
indi içim soyuq küləklə eyni
üşütmələrdən deyinirdim mən
içimdəki azdığım ürəylər eynidir
bilmirdim orda neynirdim mən
gələn təzə ili uğurla açdım
yeni ilin günəşi hər simə dəydi
ölüm dəryasından uğurla qaçdım
ilk dəfə qalib nəfsimə gəldim
ilk həftələrdə ürəyim sancdı
ürəkdə ağrılar əksimə gəldi
yaxşısı budur heç ürəyimi açmayım
ürəyimi açmayım hər kimə gəldi
bu bədən çoxdan ruhdan bezib
dəyib bıçaq, güllə, rezin
ruhdan düşdüm ruhdan gəzib
günü+gündən qəlb ruhdan əzik
qoydum balışı üstünə relsin
boğaza kəndir, üstümə benzin
dəli şeytan çiyin üstümə ensin
üzümə vurmasın, üzümə desin
gəlmişəm bir ömür bir dənə üzlə
inanmırsız sizə mahmud desin
gəlmişəm önünə bir dənə düzlə
sən 4 səhvlə kürəyimi kəsib
atdın mənə qara bəxtə əsir
xatirələr də ürəkdə əsir
otaqda saatlar tik+tak eləyir
ondan bərk gəlir ürəyimin səsi
20 gündən çox çıxmadım evdən
olmadı istək çıxmağım evdən
söz verdim uzaq olacam kefdən
tapmadım heç nəyi üstün evdən
apardı küləklər tüstü evdən
pəncərədən üzü hündür evlərə
çox səbəbsiz yerə küsdüm evdən
küsmədi məndən mənimlə evlənən
bu mahnı ölü bədən gəzdirirdi
pis depressiyanın bir təsiridir
bu mahnı mənə çox təsir edir
psix depressiyanın bir əzəlidir
bu mahnı məktəb öyrətmədiyi
pis vərdişlərin təhsilidir
bu mahnı heç kimə göstərmədiyim
qara hеkayəmin əslidir
səhv atdığım addımı qaytartdım
bu düz atdığım addımın bənzər idi
bu şeytanın bizə bəd nəzəridir
bəlkə də tanrının ən pis qəzəbidir
bu kəsildiyin fənlərin bənzəridir
bəlkə də içimdə insafın kəsiridir
bu mahnı şəxsi xatirəm kimi
bütün xoş xatirələri təkzib edir
[çıxış]
nəsə enеrjim azdır
çox adam yaşayır belə şeylər
çox adam yaşayır, amma heç kim yazmır
elə yaxşı ki, yazmışam
Random Lyrics
- n.a.i.p. - oh oh oh lyrics
- readi (al) - plaqk lyrics
- otis j - unbreakable lyrics
- dannebros - mennesket er landet lyrics
- l. teez - hold me down lyrics
- ty james - if you were mine lyrics
- вульф (vulf) - на мне нет улыбки (no smile on me) lyrics
- küberünnak & karmo - klaver lyrics
- mcfly - you're not special lyrics
- blazingblade - burn the bridge lyrics